Kimlər nə qədər icbari tibbi sığorta haqqı ödəyəcək? <span style="color: #ff0000;">– MÜSAHİBƏ</span>

Redaktor

05.03.2021 17:00
2,297

Kimlər nə qədər icbari tibbi sığorta haqqı ödəyəcək? – MÜSAHİBƏ

2021-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığorta haqlarının toplanmasına başlanıb. Yeni sığorta sistemi bütün ölkə ərazisində tətbiq olunmasa da, ödənişlər hamıdan tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu bir sıra hallarda vətəndaşların qeydiyyatda olduqları rayonlarda deyil, digər inzibati rayonlarda yaşaması, işləməsi ilə əlaqələndirib. Lakin əhali arasında maariflənmənin zəif olması bir çox suallar yaradıb. 

Kimlər icbari tibbi sığorta haqqını ödəməlidir və məbləği nə qədərdir? 
İki yerdə işləyən şəxslərin ödənişləri hansı qaydada olmalıdır? 

Valyuta.az İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev ilə birlikdə bu və digər suallara aydınlıq gətirməyə çalışıb. 

- Ruslan müəllim, icbari tibbi sığorta haqları kimdən və hansı məbləğdə tutulur? 

- İcbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği və dərəcələri “Tibbi sığorta haqqında” qanuna əsasən müəyyən olunub. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən  aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Vergi ödəyicisi kimi vergi uçotuna alınan fiziki şəxslər (VÖEN-lə işləyən) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hazırda minimum əməkhaqqı 250 manat olduğu üçün onların aylıq ödənişi 10 manat təşkil edir. Bu məbləğ  hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. 

- Bəs kimlər icbari tibbi sığorta haqqını ödəməkdən azaddır? 

- Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Həmçinin, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azad edilir.

- VÖEN-lə çalışan fərdi sahibkarlar bəzi hallarda ilin bütün aylarında gəlir əldə etmirlər. Bəs onlar icbari tibbi haqqını necə ödəməlidirlər?

- VÖEN-lə çalışan fərdi sahibkarlar gəlirləri olduğu halda bu məbləği  ödəyirlər. VÖEN açıq olduğu halda gəlir olmayan aylara görə, VÖEN müvəqqəti dayandırıldıqda və VÖEN tamamilə bağlandıqda icbari tibbi sığorta haqqı ödəmirlər. 

- İki yerdə işləyən şəxslərdən icbari tibbi sığorta haqqı necə tutulur? 

- Əgər vətəndaş 2 yerdə çalışırsa, hər bir yerə müvafiq bağladığı müqaviləyə əsasən bu məbləğlər tutulur. Eyni qayda əməkhaqqı alan, həm də VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərə də aiddir. Hər iki yolla gəlir əldə edən şəxslər əməkhaqqı aldığı yerdən əldə etdiyi maaşına görə icbari tibbi sığorta haqqı ödəyir. Həmin şəxs eyni zamanda VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərirsə, bunun üçün də ayrıca olaraq yuxarıda göstərilən qaydada sığorta haqqı ödəməlidir. Bir sözlə, hər iki halda eyni vaxtda ödəməlidir.   

Zeynəb Vəkil 

Kimlər nə qədər icbari tibbi sığorta haqqı ödəyəcək? <span style="color: #ff0000;">– MÜSAHİBƏ</span>

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI

08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?

08.12.2025

8 minə yaxın müəllim işdən çıxarılıb

08.12.2025

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

08.12.2025

Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®

08.12.2025

Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO

08.12.2025

Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?

08.12.2025

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

08.12.2025

BDU-da 1 milyona nə işlər görüləcək?

08.12.2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

08.12.2025

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

Məzənnə

Yüklənir...