Redaktor
Əvvəllər məhkumluğu olan şəxslərə bank hesabı açmağa izacə verilmir? - AÇIQLAMA
Sosial şəbəkədə əvvəllər məhkumluğu olan şəxslərə bankda hesab açılmasına icazə verilmədiyi haqqında məlumatlar paylaşılır. Onlar banklara müraciət edən zaman məhkum olduğu üçün hesab açmanın mümkün olmadığını bildirirlər.
Bəs əvvəllər məhkumluğu olan şəxslərə bank hesabı açmağa icazə varmı? Qanunvericilikdə bununla bağlı hansısa qadağalar nəzərdə tutulubmu?
Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirdi ki, əvvəllər məhkumluğu olan şəxsin bank hesabının açmağa hüququ olmaması barədə qanunvericilikdə müddəa mövcud deyildir, yəni qanunverici bu tip şəxslərə heç bir məhdudiyyət qoymur:
“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 4.1-ci bəndinə əsasən, bank hesablarının açılmasından əvvəl bank müştəri uyğunluğu tədbirlərini həyata keçirir. Bank hesabın açılması üçün müraciət edən şəxsdən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qəbul edilmiş “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın 2-ci hissəsinə uyğun olaraq məlumatlar əldə edir. Bank hesabı iki və ya daha çox fiziki şəxsin adına açıldıqda (birgə hesab) müştəri uyğunluğu tədbirləri həmin hesabın sahiblərinin hər birinə ayrı-ayrılıqda tətbiq edilir".

Vəkil deyir ki, qeyd edilən müddəa banka müraciət edən bütün şəxslərə aid edilir, yəni müraciət edən şəxs heç bir halda fərdiləşdirilmir:
“Bu o deməkdir ki, şəxsin məhkum olunub-olunmaması qanunverici üçün önəm daşımır. Yuxarıda göstərilən “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ın 2.1.1-ci bəndinə əsasən fiziki şəxslərə münasibətdə olan tələblərə də məhkum olmuş şəxslər aid edilmədiyindən, həmin şəxslərin bank hesablarının açılmasında heç bir maneə mövcud deyildir”.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025