Redaktor
Biznes mühiti necə yaxşılaşdırıla bilər? (ŞƏRH)
"Kiçik və orta sahibkarlıq azad oyun qaydalarına həssasdılar, ona görə də bunlarla bağlı real tədbirlər həyata keçirilməlidir. Ticarətlə məşğul olan biznes sahələrində verginin aşağı salınması məsələni həll etmir, əsas olan rəqabət qaydalarının kökündən dəyişilməsidir".
Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli daxili və xarici ticarətlə məşğul olan sahibkarla dövlət dəstəyinin göstərilməsi haqqında danıaşarkən deyib.
Xalid Kərimli bildirib ki, biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı ciddi problemlər var. Ən azından hökumətin bu problemi, təhlükələri başa düşməsi yaxşıdır:
"Çünki rəqabət mühiti, investisiya mühiti ilə bağlı iqtisadiyyatda problem qalmaqdadır. Kapitallar məhdud əllərdə təmərküzləşib. Yaxşı rentabelli sahələrdə inhisarçılığın bu və ya digər forması yaradılıb. Daha az, monopolistlərə maraqlı olmayan sahələrdə iqtisadiyyatın digər subyektləri üçün açıq sahələr qalıb. Hökumət 2015-ci ildən qeyri-neft sektorunu prioritet kimi müəyyənləşdirib, lakin statatiskanı müzakirə edəndə görürük ki, büdcənin tərkibində yenə neft sektorundan gələn gəlirlər əsasdır".
Həmsöhbətimizin sözlərinə görə, ixracatda da neft-qaz sektoru əhəmiyyətlidir:
"Digər sahələrdə hələ də yerimizdəyik. Faiz ifadəsində bu sektor yerində qalsa da, mütləq mənada kəskin artıb. Ancaq artım olsa da, bu artımlar infilyasiya səviyyəsinə uyğundu. Ona görə də rəqabət mühiti yaranmır. İndi Rəqabət Məcəlləsai qəbul edilib, bundan sonra ümid edirik vəziyyət yaxşılaşacaq. Rəqabətli mühit yaradılmalı, investisiya mühiti yaxşılaşdırılmalı, kapitalı olan insanlara şərait yaradılmalı, ədalətli məhkəmə sistemi yaxılaşdırılmalı, müqavilələrin icra prosesi sadələşdirilməli, ədalət təmin edilməlidir. Pulun ucuzlaşmasına çalışılmalıdır, bunun üçün də kapital bazarları inkişaf etdirilməlidir. Mərkəzi Bankın 3 illik strateji planında yaxşı məqamlar var. İcra olunsa, ümidlər var ki, Mərkəzi Bank öz sahəsində hansısa addımlar atacaq".
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025