Biznes ideyasını bazara çıxarmazdan öncə keçilməli olan 5 mərhələ

Redaktor

01.02.2024 12:40
707

Biznes ideyasını bazara çıxarmazdan öncə keçilməli olan 5 mərhələ

Hər kəsin ağlından ən az bir dəfə də olsa, biznez yaratmaq fikri keçir. Hətta bir çox şəxslərdə biznes ideyası da yaranır. Amma bəzi insanlarda biznes ideyaları yaransa da, bunu biznes kimi formalaşdıra bilmirlər. Hansısa səbəblərə görə sadəcə ideya olaraq qalır.

Valyuta.az biznes ideyalarımızı necə reallığa çevirə bilməyimizlə bağlı rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədovanın şərhini təqdim edir.

R.Məmmədova biznes ideyasının yaranmasının əsas 3 faktordan ibarət olduğunu qeyd edib.

1. Şəxsi müşahidə. Yəni, gələcək sahibkar görür ki, cəmiyyətdə müəyyən xidmətlərə və ya məhsullara tələbat var. Amma bu tələbatı qarşılayan təklif yoxdur. 

2. Digərlərin biznesləri. Digərləri biznes qurur, uğurlu alınır və qalır onu sadəcə eyni biznes modeli kimi kopyalamaq, sadəcə fərqli məkanda xidmət göstərmək. Bu böyük bizneslər də ola bilər, məsələn, binaları inşa olunması. Xırda biznes də ola bilər, məsələn, ətir satışı. 

3. Startap. Yerli bazarda olmayan yeni biznes model. Bu ən çətinidir. Çünki startapların 90% inkişaf etmiş və insanların ödəniş qabiliyyəti yüksək olan Avropa və ABŞ bazarlarında belə uğursuzluqla üzləşir. 

“Amma biznes ideyasının formalaşması onun reallığa çevrilməyi demək deyil. Çünki biznes modelin gəlirli olmasını praktikada, real bazar şəraitində yoxlamaq lazımdır. Bunun üçün 5 mərhələ keçmək tələb olunur”- deyə, mütəxəssis vurğulayıb.

1. Araşdırma. Mütləq məlumat toplamaq lazımdır. Bu “face to face” ola bilər, yəni, gələcək potensial alıcılarla müsahibə, bu sahənin ekspertləri ilə görüş və rəqiblərin satışlarının analizi ola bilər.

2. Biznes plan. Toplanan məlumatlar plana çevrilməlidir. Plan həmişə işləmir. Amma onun olmaması gələcəyə atılan addımlarda xaos yaradır.

3. Maliyyə. İngilislərdə bir söz var. Yəni biznes üçün FFF pul cəlb etmək olur. Family (ailə), Friends (dostlar), Fools (axmaqlar). Yəni yeni biznes üçün yatırım tapmaq çox çətindir, xüsusilə də ilk etaplarda. Amma yatırımsız işə başlamaq mümkün deyil. Xidmət sahədə olsa belə reklam büdcələri, ofis və digər xərclərin bağlanması üçün yatırım lazımdır.
4. Resursların cəmlənməsi. Söhbət vaxt və insan resurslarından gedir. Orta və kiçik biznesdirsə, komanda mütləqdir.  Mikro biznesdirsə, yenədə planın realaşdırması üçün ideya müəllifi öz vaxtını ayırmalıdır. 

5. İdeyanın test olunması. Bu mərhələ daha çox mikro və kiçik bizneslərə aiddir. Məhsulun xidmətin MVP (minimum viable product) versiyası olmalıdır.  Çünki bazarın, alıcıların necə reaksiya verəcəyini heç kim bilmir. Necə deyərlər ziyanın yarısından qayıtmaq da xeyirdir. Yalnız məhsul gəlir verməyə başlayanda biznes ideyanın tam uğurlu olmasını anlayırıq. 

R.Məmmədova əsas cəhd etmək lazım olduğunu bildirib:

“Bu 5 mərhələ qorxulu gələ bilər, amma real praktikada bu etapları 1 ay ərzində keçib, biznes ideyasını realaşdırmaq olar”.

Əvəz Həsənov

Biznes ideyasını bazara çıxarmazdan öncə keçilməli olan 5 mərhələ

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI

08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?

08.12.2025

8 minə yaxın müəllim işdən çıxarılıb

08.12.2025

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

08.12.2025

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

08.12.2025

Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®

08.12.2025

Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO

08.12.2025

Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?

08.12.2025

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

08.12.2025

BDU-da 1 milyona nə işlər görüləcək?

08.12.2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

08.12.2025

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

Məzənnə

Yüklənir...