Redaktor
BFB: Gələn ildən istiqrazlar bütün Azərbaycan vətəndaşları üçün əlçatan ola bilər
"Bakı Fonr Birjası" QSC (BFB) istiqrazları bütün Azərbaycan vətəndaşları üçün əlçatan etməyə çalışır.
Valyuta.az xəbər verir ki, bunu BFB-nin Əməliyyatlar departamentinin direktoru və kommersiya inzibatçısı Mətin Yolçuyev Bakıda keçirilən XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
"Bunu ekosistem iştirakçıları ilə birgə etməyi planlaşdırırıq. Çünki Azərbaycanda mobil bankçılıqdan istifadənin payı 80 %-dən çoxdur, eyni zamanda kapital bazarı ildən-ilə inkişaf edən, dinamik yenilikləri özü ilə gətirən bir bazardır. Biz inanırıq ki, bu trendi nəinki dəstəkləyə, hətta daha da yüksəyə apara bilərik. Ümumi plan bundan ibarətdir ki, buna texnologiya ilə birlikdə biznes anlayışını da əlavə etmək istəyirik", - deyə o qeyd edib.
M. Yolçuyev vurğulayıb ki, artıq növbəti ildən istiqrazlar bütün investorlara əlçatan olacaq. O, dəqiq tarixi açıqlamayıb, lakin bunun qısa zamanda olacağını deyib.
"Düşünürük ki, bunun ardınca digər bir layihələr də həyata keçirək. Təbii ki, investorların ehtiyacları bitmir, davamlı artır. Onların istəklərini təmin etmək üçün davamlı çalışırıq, planlar qurmuşuq və bu planlar üzərində ekosistem olaraq məqsədlərimizə çatacağımıza tam əminik", - M. Yolçuyev bildirib.
©Report.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026