Redaktor
Bələdiyyə nədir, hansı səlahiyyətləri var?
Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur.
Azərbaycan Respublikasında bələdiyyələr 1999-c uildə yaradılıb. Ölkədə ilk bələdiyyə seçkiləri isə 12 dekabr 1999-cu ildə keçirilib.
Həmin vaxt ölkədə 2700 bələdiyyə yaradılmış, daha sonra isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilib.
Bələdiyyələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir.
Bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.
Bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq müəyyənləşdirir.
Valyuta.az xəbər verir ki, bələdiyyələrin aşağıdakı səlahiyyətləri var:
Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
Bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
Bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
Yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025