Redaktor
Daha bir MTK fəaliyyətini dayandırdı
MTK-ların ləğv olunması ilə bağlı olan elanların sayı günü-gündən artır. Onlar arasında uzun illərdir ki, fəaliyyət göstərən MTK-lar da var. Bu MTK-lardan biri də bu günlər də fəaliyyətini dayandırdığını elan edib.
Valyuta.az xəbər verir ki, uzun illərdir fəaliyyət göstərən və ləğv olunduğunu elan edən tikinti şirkətlərindən biri də “Yasamal-S” olub. 2013-cü ildə dövlət qeydiyyatına alınan bu MTK əvvəllər MMC kimi fəaliyyət göstərib.
2018-ci ilin aprelindən isə təşkilati-hüquqi formasını dəyişib və kooperativ adlanmağa başlanıb. Ləğvi elan olunan MTK-nın nizamnamə kapitalı 50 manatdır. Bu şirkətin qanuni təmsilçisi isə Məhəmmədzadə Şəhanə Xasay qızıdır.
Xatırladaq ki, bu ilin ilk aylarında bir neçə MTK ləğvini elan edib. Bunlardan biri fevral ayında ləğv olunan “Park Azure” idi. Yeni həyatlar qrupuna daxil olan bu şirkətin qanuni təmsilçisi Səlimov Rüfət Nəcəf oğlu olub. Bu şirkət Azərbaycanda ad qazana bilmişdi.
Bu ilin aprel ayında ləğvi barəsində qərar qəbul edilən MTK-lardan bir də 15 illik fəaliyyəti olan “Pərvin İnşaat” olub.2009-cu ildə dövlət qeydiyyatına alınan bu şirkət 2025-ci ildə müflis olduğunu elan edib. Şirkətin qanuni təmsilçisi Hüseynov Şəmməd Gülməmməd oğlu olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərsığorta” sədrinin müşavirinin avtomobilindən 45 000 manat oğurlanıb
12.03.2026"Mastercard" iri kripto nəhəngləri ilə yeni ödəniş sistemi yaratmağa hazırlaşır
12.03.2026Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
12.03.2026"Replit" 400 milyon dollar investisiya cəlb edib
12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL
12.03.2026İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb
12.03.2026Sabahın hava proqnozu
12.03.2026Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
12.03.2026DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"
12.03.2026