Redaktor
“Azərbaycanda manatla geniş mənada pul kütləsi azdır” - İqtisadçı şərh edir
“Mənim hesablamalarıma görə, Azərbaycanda M2 (manatla geniş mənada pul kütləsi) pul kütləsinin ümumi daxili məhsula nisbəti təqribən 25 faizə yaxındır. Bu da sözsüz ki, arzuolunan rəqəmlər deyil”.
Bunu iqtisadçı Elşad Məmmədov Valyuta.az-a dedi. Onun hesablamalarına görə, Azərbaycanda manatla geniş mənada pul kütləsinin ümumi daxili məhsula nisbəti azdır. Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. M2 də pul kütləsinin 3 növündən biridir.
Elşad Məmmədov bildirdi ki, beynəlxalq müstəvidə aparılan tədqiqatlar onu deməyə əsas verir ki, dünya üzrə pul kütləsinin ümumdaxili məhsula nisbəti təqribən 50 faiz təşkil edir. Onun sözlərinə görə, Azərbaycanda da pul kütləsinin kəskin şəkildə artılmasına ehtiyac var:
“İqtisadi inkişafa təkan vermək, idxalın əvəz olunmasını həyata keçirilməsi, eyni zamanda investisiya artımına nail olmaq və iqtisadi artımın dayanıqlığını təmin etmək üçün kəskin şəkildə pul kütləsinin artımına ehtiyac var. Səsləndirdiyim rəqəmlər onu deməyə əsas verir ki, inflyasiyanın artmasının qarşısını alaraq pul kütləsini artırmaq mümkündür. Çünki ən azı 2 dəfəyə yaxın pul kütləsini artıra bilərik”.
Elşad Məmmədov dedi ki, investisiya artımı olmadan dayanıqlı iqtisadi artıma nail olmaq qeyri-mümkündür:
“Bu məsələ ilə Mərkəzi Bank ciddi şəkildə məşğul olmalıdır ki, ölkədə pul kütləsinin artımı ilə investisiya artımına nail olmaq mümkün olsun. Çünki qiymətli kağızlar bazarının lazımi şəkildə inkişaf etməməsi şəraitində, xüsusilə, məhz bank sektoru investisiya artımına müvafiq təkan verməlidir”.
Nuray
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025