Redaktor
Azərbaycanda 5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır
Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə 13 yanvar tarixində təkrar pul hərracı keçiriləcək. Hərracda dövlətə məxsus səhmlərin satışa çıxarılması planlaşdırılır. Ümumilikdə beş səhmdar cəmiyyətinin səhmləri satışa təqdim olunacaq.
Valyuta.az xəbər verir ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər "Salyan broyler", "Yevlax Yük Avtonəqliyyat", "Yevlax Kəndnəqliyyat", "Şıxlar Broyler", "Xaçmaz Mexanizasiya Nəqliyyat"dır.
"Salyan broyler" ASC 2000-ci ildə yaradılıb və onun balansında 1 120 118 manat nizamnamə kapitalı mövcuddur. Səhmdar cəmiyyətin 560 059 ədəd buraxılmış səhminin 30,04 faizini təşkil edən 168 225 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin nominal dəyəri 2 manat olmaqla, ümumi nominal dəyər 336 450 manat, ilkin satış qiyməti isə 168 225 manat müəyyən edilib. Hərracda iştirak etmək üçün tələb olunan beh məbləği 16 822 manatdır.
"Yevlax Yük Avtonəqliyyat" ASC 1998-ci ildə təsis edilib və Yevlax şəhərində yerləşir. 158 443 ədəd buraxılmış səhmin 30,01 faizini təşkil edən 47 543 səhmi satışa çıxarılıb. Bu səhmlərin nominal dəyəri 95 086 manat, ilkin satış qiyməti isə 47 543 manat təşkil edir. Beh məbləği 4 754 manatdır.
1997-ci ildə yaradılmış "Yevlax Kəndnəqliyyat" ASC-nin isə 112 950 ədəd səhminin 30,02 faizini təşkil edən 33 906 səhmi satışa çıxarılıb. Nominal dəyəri 67 812 manat olan bu səhmlər ilkin olaraq 33 906 manata təklif olunur. Beh məbləği isə 3 390 manatdır.
"Şıxlar Broyler"ASC 1998-ci ildə yaradılıb. 139 804 ədəd buraxılmış səhmin 30,11 faizini təşkil edən 420 90 səhmi satışa çıxarılıb. Bu səhimlərin nominal dəyəri 84 180 manat, ilkin satış qiyməti isə 42 090 manat təşkil edir. Beh məbləği 4 209 manatdır.
"Xaçmaz Mexanizasiya Nəqliyyat" ASC 2005-ci ildə yaradılıb. 61 528 ədəd buraxılmış səhmin 30,01 faizini təşkil edən 18 463 səhmi satışa çıxarılıb. Bu səhmlərin nominal dəyəri 36 926 manat, ilkin satış qiyməti isə 18 463 manat təşkil edir. Beh məbləği 1 846 manatdır.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər sifarişlərini və tələb olunan digər sənədləri ən geci hərracın keçirilməsinə 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və ya İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı vasitəsilə təqdim etməlidirlər.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026