13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə buraxılır? - AÇIQLAMA

Redaktor

24.10.2024 10:46
401

13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə buraxılır? - AÇIQLAMA

Vaxtilə dövlətə 27 milyon dollara başa gələn və illərdir qarajda çürüyən taksilərin aqibəti ilə bağlı məsələ  yenidən aktullaşıb. Söhbət 2011-ci ildə "Magnase Bronze Holdings" şirkətindən satın alınan "London taksiləri"ndən gedir. Bu şirkətlə ümumilikdə 1000 ədəd taksi üçün müqavilə imzalanıb və bu müqavilənin dəyəri o zamankı məzənnə ilə 27 milyon dollar olub. Rəngi qırmızı olan bu taksiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti alıb.  Yəni, vaxtilə Nəqliyyat naziri olmuş Ziya Məmmədovun rəhbərliyi altında alınan bu taksilər 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gətirilib.

Maraqlısı isə budur ki, illər keçsə də, milyonlar hesabına alınan taksilər istifadəyə buraxılmayıb. 2016-2017-ci illərdən etibarən taksi parkında, konkret desək, Lökbatan qəsəbəsindəki qarajda baxımsız və yararsız halda toplanaraq tamamilə yararsız hala düşüb. Üstəlik bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib. Taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda cürüməkdədir.

Məlumata görə bu avtomobillərin ehtiyat hissələri çox baha olduğundan və ölkəyə çətin idxal edildiyindən mövcud vəziyyət yaranıb. İndi isə yüzlərlə “London TX4” modelli taksilərin məhvetməyə göndəriləcəyi bildirilir.

Bəzi məlumatlara görə sözügedən taksilər istifadəyə yararlı olsa da, hansısa səbəbdən fəaliyyətinə icazə verilmir. Ekspertlər isə bildirir ki, həmin taksilərin istehsal ili bu gün qoyulan tələblərə uyğun gəlmir. Ona görə də onların taksi minik avtomobilləri kimi istismarı yolverilməz və qanuna ziddir.

Bəs, istifadə olunmayacaqdısa, o taksilər niyə “od qiymətinə” alınmışdı?

Düzdür, o vaxt məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev açıqlama verərək, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbatın azaldığını, “London taksiləri”nin də bu səbəbdən qarajlarda qaldığını demişdi.

Amma bu, tutarlı səbəb deyildi və məsələnin əsl kökü illərdir ki, müəmmalı olaraq qalır.  Çünki sözügedən taksilər pandemiyaya qədər də xəttə buraxıla bilərdi...

Təsadüfi deyil ki, taksilərin Lökbatan qəsəbəsindəki qaraja toplanmasından iki il sonra, yəni 2018-ci ildə “London Taxi TX4” taksiləri əhəmiyyətsiz nəqliyyat növünə çevrildi. Hətta vəziyyət o yerə çatdı ki, həmin taksilərdə  işləmək istəyən sürücülər belə tapılmadı. Bu səbəbdən də biri 35 min dollara alınan bu avtomobillər 15 min manata satışa çıxarılırdı.

COP29 ərəfəsində məsələ yenidən aktullaşıb. İddialara görə “London taksiləri”nin istifadəyə yararlığı yoxlanılacaq və müvafiq tələblərə cavab verildiyi halda beynəlxalq tədbir çərçivəsində şəhərin küçələrinə buraxılacaq. Əks halda isə yer tutmaması üçün məhv ediləcək.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat katibi Tural Orucovun açıqlamasını təqdim edirik:

“Ölkəmizdə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərinin istismarı prioritet istiqamət kimi müəyyən edilib.

İstismar müddəti başa çatan taksilərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.

İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır”.

© Bizim.media

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI

08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?

08.12.2025

8 min manatlıq müavinət kimlərə veriləcək?

08.12.2025

"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?

08.12.2025

8 minə yaxın müəllim işdən çıxarılıb

08.12.2025

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib

08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"

08.12.2025

Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®

08.12.2025

Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO

08.12.2025

Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?

08.12.2025

İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

08.12.2025

BDU-da 1 milyona nə işlər görüləcək?

08.12.2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir - Prezidentin köməkçisi

08.12.2025

Vitse-prezident: BP bu il Azərbaycanda 170 mln. dollarlıq idxal əməliyyatları həyata keçirib

08.12.2025

Amerikalı bankir Avropanın əsl problemlərini açıqladı: Zəiflik və bürokratiya...

08.12.2025

Mərkəzi Bank ilin sonuncu faiz qərarını açıqlayacaq

08.12.2025

"Binance" Abu Dabidən üç yeni lisenziya aldı

08.12.2025

Bu şəxslər üçün 36 mənzil alınacaq - 1,8 milyonluq layihə

08.12.2025

Bələdiyyə torpaqları 272 manatdan başlayan qiymətlərlə satışa çıxarılır - QİYMƏTLƏR

08.12.2025

Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

08.12.2025

Məzənnə

Yüklənir...