BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
45133

İcbari tibbi sığorta tətbiq olunandan sonra həkimlərin gəliri məsələsi hələ də müzakirə mövzusudur. “Həkimlər daha az qazanırlar” kimi yanaşmalar var. Hətta bir qisim şəxs həkimə əlavə pul verməyə özünü məcbur hiss edir. Maraqlıdır, bizi icbari tibbi sığorta çərçivəsində əməliyyat edən həkimlərin qazancı necədir? Bir nəfərə görə həkimə nə qədər bonus verilir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta çərçivəsində həkimlərin gəlirləri ilə bağlı Valyuta.az-ın suallarını cavablandırıb.

- Aynurə xanım, ilk olaraq dövlət tibb müəssisələrində həkimlərin əvvəlki qazancı ilə icbari tibbi sığortanın tətbiqindən sonrakı qazancı arasında nə kimi fərq yaranmasından danışaq.

- Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin fəaliyyəti iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlayıb. İlk dəfə olaraq səhiyyə işçilərinin əməkhaqlarına əlavələr tətbiq olunub. Hazırda tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Həvəsləndirici əlavələr aylıq sabit əlavələrdən və işin nəticəsinə görə aylıq əlavələrdən (bonuslardan) ibarətdir. Aylıq sabit əlavələr 800 manat, bonuslar isə həkimin icra etdiyi tibbi prosedur və əməliyyatların sayından asılı olaraq dəyişə bilər.

Səhiyyə işçilərinin sosial rifahının gücləndirilməsi İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi üçün prioritet istiqamətlərdən biridir. Hesablamalar göstərir ki, sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.

 

538 manatdan başlayan maaş, 800 manat əlavə, 8 faiz bonus...

 

- İcbari tibbi sığorta ilə həkim qəbuluna gedən şəxslərin bir qismi narahat olurlar, düşünürlər ki, həkimlər ordan az pul qazanırlar. Əlavə pul verməyə özünü məcbur hiss edənlər də olur. Biz ən çox üz tutulan terapevtləri götürək. Terapevt bir xəstəni bir dəfə qəbul edən zaman ona sığorta nə qədər ödəniş edir?

- Səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsasən, həkimlərin aylıq vəzifə maaşı əməyin ödənilməsi dərəcəsindən asılı olaraq  538-584 manat arası dəyişir. Bununla yanaşı, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına əsasən 800 manat aylıq sabit əlavə alır. Həmçinin gün ərzində müayinə edilən pasiyentlərə görə də ona bonus hesablanır.

Bundan başqa, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitində çalışan səhiyyə işçilərinə hər ay vəzifə (tarif) maaşının 15-20 faizi miqdarında əlavə haqq ödənilir.

- Həkimlərə gün ərzində müayinə edilən pasiyentlərə görə bonus hesablandığını dediniz. Bonusun məbləği nə qədər olur?

- Müayinə tibbi xidmətinin dəyəri 25 manatdır. Onun 8 faizi – 2 manat həkimə bonus verilir. Maksimum 35 xəstə qəbuluna qədər bu faiz verilir. Təbii ki bütün həkimlər gündəlik 35 xəstə qəbul etməyə bilər. Ay ərzində nə qədər xəstə qəbul etdiyi hesablanır və aylıq maaşa bonus kimi əlavə edilir.

- Tutaq ki, mən bu gün terapevtin qəbulunda oldum, müayinə etdi, analiz yazdı, dedi ki, sabah analizlərin cavabını götür, gəl. Sabah da həkim qəbuluna gələndə, icbari tibbi sığorta həkimə eyni məbləği ödəyir?

- İcbari tibbi sığorta ilə kontrol müayinə ödənişsizdir. Pasiyent 21 gün ərzində eyni ixtisaslı həkimə eyni səbəbdən ambulator tibbi xidmətə görə təkrar məsləhət və müayinə üçün müraciət edirsə, buna görə həkimə bonus hesablanmır.

- Bir dəfə mən klinikada olanda, dedilər ki, terapevtlərlə bağlı limit doldu, digər şəxslər artıq gözləməsinlər. Bir terapevt gün ərzində nə qədər pasiyent qəbul edə bilir?

- Ümumiyyətlə, ambulator şəraitdə pasiyent qəbulu üçün heç bir məhdudiyyət və limit yoxdur. Həkimin iş saatı ərzində (6 saat) müraciət edən hər bir pasiyent qəbul edilib müayinə olunmalıdır. Burada düzgün anlaşılmayan limit sözü həkimin müayinə etdiyi xəstə sayına görə ona ödənilən bonusdur.

Həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb. Orta hesabla hər pasiyentə ən azı 15 dəqiqə vaxt ayrılıb. Çünki həkim xəstənin şikayətini dinləyir, ona dəqiqləşdirici suallar verir, ehtiyac olduqda fiziki müayinə aparır, daha sonra resept yazır. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir. Bütün bu proses bəzən 30 dəqiqə və daha çox vaxt apara bilər. Həkimlərin iş rejimi nəzərə alanda bu hər pasiyentə 12 dəqiqə vaxt deməkdir.

Bir daha qeyd edək ki, iş saatının sonuna vaxt qalıbsa, günlük növbə gözləyən pasiyentlər qəbul edilməlidir. Onu da qeyd edim ki, təcili tibbi yardıma ehtiyacı olan xəstələr, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədən kənar qəbul olunur.

- Terapevtlərin maaşı ilə bağlı yanaşma necədir?

- Əlbəttə ki, səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 19 dərəcə ilə müəyyən edilir. İxtisas həkimlərinin maaşları 12-ci dərəcədən başlayır. Əgər 12-ci dərəcəli ixtisas həkimi 538 manat alırsa, 14-cü dərəcə həkim 584 manat vəzifə maaşı alır. Əlbəttə ki, əməkhaqqına sabit əlavə, bonus və qanunvericiliyə uyğun olaraq digər əlavələr də daxildir.

- Biz terapevtləri dedik. Digər həkimlərlə bağlı yanaşma necədir? Məsələn, cərrahların qəbulunda oluruqsa, o zaman onlara bir dəfə müayinə üçün nə qədər ödəniş edilir?

- Daha əvvəl qeyd etdiyim kimi, bütün ixtisas həkimlərinin gəlirləri eyni qayda ilə tənzimlənir. Yəni cərrahlar da aylıq vəzifə maaşı, 800 manat aylıq sabit əlavə alırlar. Bunlarla yanaşı, ambulator şəraitdə pasiyent qəbuluna görə bonus və icra etdikləri əməliyyata görə bonus alırlar. Bildiyiniz kimi həkim-travmatoloq, həkim-kardioloq, həkim-mama-ginekoloq və s. ixtisas həkimləri var ki, onlar həm müayinə, həm də cərrahiyyə xidmətlərini icra edirlər. Sözügedən həkimlərə verilən bonuslar göstərilən müayinə, cərrahiyyə xidmətlərinin sayına və tibbi xidmətlərin tarifinə görə dəyişir.

Cərrahi ixtisaslar üzrə çalışan həkimlərə bonuslar ambulator şəraitdə müayinə edilən hər pasiyentə görə terapevtlərdə olduğu kimi ödənilir.

- Bəs əməliyyatlardan cərrahlara ödəniş məbləği necə olur? Bir neçə əsas əməliyyat üzrə izah etsək, yaxşı olar.

- Sözügedən həkimlərə ambulator xidmətə görə tibbi xidmətin tarifinin 8%-i, cərrahi xidmətələrə görə isə 15% bonus verilir.

"6 əməliyyat icra edibsə, o zaman 9000 manat bonus almış olur"

 

- Deyirlər ki, ən çox kardioloqlar və beyin əməliyyatı edənlərə daha çox ödəniş edilir.

- Cərrahi xidmətlərin tarifləri yüksək olduqca, həkimlərə ödənilən bonusların da həcmi artmış olur. Məsələn, ürəyin korreksiya prosedurunun reviziyası əməliyyatını misal çəkək. Bu xidmətin tarifi 10 000 manatdır. Hər pasiyentə görə bu məbləğin 15%-i (1500 manat) cərrah-həkimin əməkhaqqısına əlavə edilir. Həkim ay ərzində 6 əməliyyat icra edibsə, o zaman 9000 manat bonus almış olur.

Yaxud beyin əməliyyatı ilə bağlı anevrizmanın kliplənməsi əməliyyatı xidmətinə görə tibb müəssisəsinə 5000 manat ödənilir. Bu əməliyyat üzrə tarifin 15%-i, yəni 750 manat həkimin əməkhaqqısına əlavə edilir. Bunlardan əlavə, qeyd edilən həkimlərin əməkhaqqısına ambulator müayinə ilə bağlı bonuslar, vəzifə maaşı, aylıq sabit həvəsləndirici əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər əlavələr də şamil olunur.

- Özəl klinikalarda həkimlərin yazdığı analizlərə görə onlara ödəniş edilirdi. İcbari tibbi sığortada həkimlərin təyin etdiyi analizlər, aparatlarla müayinədən onlara hər hansı ödəniş yazılır?

- Həkimlərə ödənilən icbari tibbi sığorta ilə əlaqəli sabit əlavələr və bonuslar yalnız TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan tibb heyətinə şamil edilir. Həkimlərin təyin etdiyi analizlərə görə onlara əlavələr ödənilmir. Bu analizi həyata keçirən həkimə ödənilir. Məsələn, terapevt ümumi qan analizi təyin edibsə, bu tibbi xidmətə görə bonus həkim-terapevtə deyil,  həkim-laboranta ödənilir. Çünki sözügedən tibbi xidmət həkim laborant tərəfindən həyata keçirilir.  Yaxud pasiyentin şikayətlərinə əsasən terapevt MRT müayinəsi təyin edibsə, bu xidmətin tarifi həkim-radioloqa ödənilir.

Onu da qeyd edim ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqqiqat institutunda müvafiq tibbi xidmətin göstərilməsi mümkün olmadıqa Agentliyin müqavilə bağladığı 152 özəl xəstəxanalardan birinə göndəriş verilir. Bu zaman tibbi xidmətin tarifinə uyğun olaraq tibb müəssisəsinə ödəniş edilir. Tibbi xidmətə görə həkimlərə verilən ödənişlər özəl klinikanın rəhbərliyi tərəfindən daxili qaydalarına uyğun olaraq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Mətbuat katibi vəzifəsindən ayrıldı

Yaponiya “Apple” və “Google”u monopoliyaya görə satışların 20-30%-i həcmində cərimələrlə hədələyir

S&P İranla münasibətlərin pisləşməsi fonunda İsrailin reytinqini aşağı saldı

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

120 milyondan çox yeyinti: Bəzi materiallar DTX-yə göndərilib - Sədrdən açıqlama

"ASAN Xidmət" məhkəməyə verildi (SƏBƏB)

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Narkotik istifadə etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Bu qadınlar pensiyaya daha tez çıxacaq - Qanuna dəyişiklik edildi

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

İpotekaya xitam verilən hallar genişlənir

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Hesablama Palatası əvvəlki illərdəki auditləri üzrə 2023-cü ildə bərpa olunan vəsaitlərin həcmini açıqlayıb

Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər ®

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)

Son üç ayda əhali ABB-dən 72 milyon manat depozitini geri çəkib

Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?

Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirildi (FOTO)

“Premium Bank”ın aktivləri 10 milyon manata yaxın azalıb

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin