"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

Redaktor

09.06.2026 19:33
25

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

Süni intellekt nəhəngləri arasında milyard dollarlıq birja mübarizəsi başlayır. 

Valyuta.az xəbər verir ki, keçən həftə “Anthropic”in atdığı gizli addımdan sonra ChatGPT-nin yaradıcısı “OpenAI” da ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) ilkin səhmdar təklifi (IPO) üçün layihə qeydiyyat sənədini gizli şəkildə təqdim edib.

ABŞ mərkəzli süni intellekt şirkəti “OpenAI”, mümkün ilkin səhmdar təklifi prosesi çərçivəsində ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) “S-1 Formu” kimi tanınan layihə qeydiyyat sənədini gizli şəkildə təqdim etdiyini açıqlayıb.

Şirkətin açıqlamasında qeyd olunub ki, sənəd SEC-ə gizli qaydada təqdim edilib və “bunun ictimaiyyətə sızacağını gözlədiyimiz üçün bunu əvvəlcədən elan edirik” ifadəsi yer alıb.

Açıqlamada ilkin səhmdar təklifinin vaxtı ilə bağlı hələlik yekun qərarın verilmədiyi bildirilib. Şirkət bəzi planlara görə prosesin xüsusi şirkət statusunda davam etdirilməsinin daha əlverişli ola biləcəyini və bunun vaxt tələb etdiyini qeyd edib.

Həmçinin vurğulanıb ki, bu proses “mürəkkəb bir balanslaşdırma” mərhələsidir və təqdim edilən müraciət şirkətin ən doğru seçim kimi qiymətləndirməsi halında daha erkən bir vaxtda birjaya çıxmasına imkan yarada bilər.

Qeyd edək ki, “Anthropic” də ötən həftə mümkün ilkin səhmdar təklifi çərçivəsində SEC-ə layihə qeydiyyat sənədini gizli şəkildə təqdim etdiyini açıqlamışdı.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı

09.06.2026

Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?

09.06.2026

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

09.06.2026

"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi

09.06.2026

"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq

09.06.2026

"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi

09.06.2026

AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası  ®

09.06.2026

Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu

09.06.2026

"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"

09.06.2026

İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət

09.06.2026

Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA

09.06.2026

"BakıKart"ın qiyməti artdı

09.06.2026

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər

09.06.2026

Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib

09.06.2026

Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb

09.06.2026

Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq

09.06.2026

Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?

09.06.2026

Bakıda kirayə mənzillər UCUZLAŞACAQ

09.06.2026

AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb

09.06.2026
“AL Market”ə yeni marketinq direktoru təyin olundu

“AL Market”ə yeni marketinq direktoru təyin olundu - FOTO

09.06.2026

Məzənnə

Yüklənir...