Redaktor
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.
Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılmasını mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond təmin etməlidir.
Fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmləri ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.
Təminat və faiz subsidiyası mexanizmləri çərçivəsində müvəkkil təşkilatların sahibkarlıq subyektlərinə təqdim etdiyi kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 %-dir və təqdim edilən kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 %-i dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır.
Təminat və faiz subsidiyası mexanizmlərinin tətbiqi "Elektron kredit və zəmanət" informasiya sisteminin fəaliyyəti Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərini əhatə edənə qədər həm elektron qaydada, həm də sənədlərin kağız formada qəbulu və icrası yolu ilə həyata keçirilir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ bankı investorları mənfəəti götürərək bazardan çıxmağa çağırdı
09.06.2026Ən yaxşı biznes ideyaları niyə əvvəlcə rədd edilir?
09.06.2026"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
09.06.2026"OpenAI"dan sürpriz addım: Gizli müraciət etdi
09.06.2026"Opel" Almaniyaya 1 milyard avrodan çox investisiya qoyacaq
09.06.2026"Instagram" paylaşımların yerini dəyişməyə icazə verdi
09.06.2026AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası ®
09.06.2026Cəmşid Naxçıvanski departament rəhbəri təyin olundu
09.06.2026"Kibertəhdidlər real vaxtda baş verir, cavab da real vaxtda olmalıdır"
09.06.2026İş yerində rəhbərinizin sizi tükəndirdiyinə dair 3 əlamət
09.06.2026Etimadın memarı: auditin keçmişi, bu günü və gələcəyi – ARAŞDIRMA
09.06.2026"BakıKart"ın qiyməti artdı
09.06.2026Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün ola bilər
09.06.2026Azərbaycana dini ziyarətə gələnlər yarım milyona yaxın pul xərcləyib
09.06.2026Cəmi 4 ayda QR ödənişlərlə əməliyyat 119 min artıb
09.06.2026Azərbaycanda 3 min nəfərlik süni intellekt icması yaradılacaq
09.06.2026Android smartfonunun son istifadə tarixini necə yoxlamaq olar?
09.06.2026Bakıda kirayə mənzillər UCUZLAŞACAQ
09.06.2026AQP: Mayda daşınmaz əmlak bazarında qiymətlər 6 % artıb
09.06.2026