Bu gün Ümumdünya Tütünsüz Günüdür - Ən çox siqaret çəkilən 10 ölkə
Hər il mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları Ümumdünya Tütünsüz Günü təşkil edir. Bu günün məqsədi tütündən istifadənin təhlükələri haqqında maarifləndirmək və ondan istifadəni azaltmaq üçün effektiv siyasət həyata keçirməkdir.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkməyin və ikinci əl tüstüsünə məruz qalmanın zərərli təsirlərinə diqqət çəkir və tütündən istənilən formada istifadə edilməməyi tövsiyə edir. Tütün istifadəsi ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs xəstəlikləri və diabet üçün əhəmiyyətli bir risk faktorudur.
Dünyada kişilərin təxminən 39%-i və qadınların 9%-i siqaret çəkir. Ən yüksək siqaret çəkmə nisbətləri hazırda Avropada 26% olsa da, hökumətlər təcili tədbirlər görməsə, proqnozlar 2025-ci ilə qədər yalnız 2% azalacağını göstərir.
Bəs ən çox siqaret çəkilən ölkələr hansılardır?
1. Nauru - 48,50 %
2. Myanma - 44,10 %
3. Kiribati - 40,60 %
4. Serbiya - 39,80 %
5. Papua Yeni Qvineya - 39,30 %
6. Timor – 39,20 %
7. Bolqarıstan - 39 %
8. Livan - 38,20 %
9. İndoneziya - 37,60 %
10. Latviya – 37 %
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay