Redaktor
Çin nəhəngi ödənişləri "Bitcoin" ilə qəbul etdiyini açıqladı - Səhmləri artdı
Bitcoin (BTC) və kriptovalyutalara qarşı sərt qadağaları ilə tanınan Çin hələ də bu mövzuda geri addım atmayıb. Lakin son zamanlarda Çinin bu qadağaları yumşalda biləcəyi iddia edilir və bu müddətdə çinli mədən şirkəti "Nano Labs"dən önəmli bir addım gəlib.
Valyuta.az xəbər verir ki, Çinin kriptovalyuta mədənçiliyi üçün çip dizayneri olan "Nano Labs" rəsmi açıqlamasında, "Coinbase"dəki bir iş hesabı vasitəsilə məhsullarının ödənişi üçün "Bitcoin"i qəbul etməyə başladığını bildirib.
Texnologiya sektorunda kriptovalyuta əməliyyatlarına artan tələbi nəzərə alaraq, "Nano Labs" müştərilərinə və tərəfdaşlarına daha çox ödəniş rahatlığı təmin etmək məqsədilə bu addımı atdığı bildirilir.
Kriptovalyutanın qəbulu, xüsusilə sərhədlərarası əməliyyatlarda daha səmərəli və təhlükəsiz həllər axtaran müəssisələr arasında genişlənməkdə davam edərkən, şirkətin "Bitcoin" ilə ödənişləri qəbul etməsi inkişaf edən rəqəmsal iqtisadiyyatda proaktiv mövqeyini vurğulayır.
"Nano Labs"ın Bitcoin ödənişlərini qəbul etməsi, texnoloji tərəqqinin ön sıralarında qalmaq və dünya üzrə müştərilərinə əlavə dəyər təqdim etmək məqsədini daşıyan uzunmüddətli vizionuna uyğundur. Bu yeni imkan ilə şirkət, müasir maliyyə seçimlərinə dəyər verən daha geniş tərəfdaş və müştəri kütləsini cəlb etmək gücündədir.
Açıqlamadan sonra "Nasdaq"da ticarət edilən şirkətin səhmləri 2,81 faiz artaraq 3,29 dollar səviyyəsinə yüksəlib.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025