Redaktor
“İkirəqəmli artım qeyri-neft qaz sektorunda uzun zamandır ki, yox idi”
“Bu çox yaxşı göstəricidir. Neft sektorunun 2,6% azalması fonunda qeyri-neft qaz sektoru 12, 3% artıb. İkirəqəmli artım qeyri-neft qaz sektorunda uzun zamandır ki, yox idi”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycan iqtisadiyyatının 5% artması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert ötən ilin yanvar ayında iqtisadiyyat bu ilki artımla müqayisədə 1, 5% azaldığını xatırladıb:
“Neft qaz sektorunda isə azalma 4,6%, qeyri-neft qaz sektorunda isə artım 1,7% idi. Ümumilikdə isə iqtisadiyyat 1,5% azalmışdı. Bu il isə tamam əks senaridir”.
Xalid Kərimli 2024-cü ildə 2,4% artım proqnozlaşdırdığını vurğulayıb:
“Onun üzərindən ilkin nəticəsinin gəlməsi müsbət haldır. Burada həm də böyük ehtimalla “COP-29” tədbirinin intensiv hazırlığının bəhrələri də var. Hökumət sürətli şəkildə bu tədbirə hazırlaşır. Bunun da statistikaya təsirləri var. Burada əsas məsələ artımın dayanıqlı olmasıdır. Əgər qeyri- neft ixracında da bu statistika 12-13 % arasında saxlanılacaqs bu çox yaxşıdır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycan iqtisadiyyatı 5% artıb. 2024-cü ilin yanvar ayında ölkədə 9 131 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb.
Aylin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025