Redaktor
“BRİKS-in belə imkanlara malik olduğunu düşünmürəm”
“BRİKS-in belə imkanlara malik olduğunu düşünmürəm”.
Valyuta.az-a açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli BRİKS ölkələrinin ortaq valyutaya keçmək niyyətini şərh edərkən deyib:
“BRİKS-də ortaq valyutanın buraxılması uzun illərdir müzakirə olunur. Amma bu ölkələr daxilində və aralarında ciddi problemlər mövcuddur. Əsas problem də Hindistanla Çin arasında yaşanır. Ona görə də BRİKS-in vahid valyutasının olması ideyası heç də asan proses deyil. Onun dollara alternativ olması isə ümumiyyətlə müzakirə predmeti ola bilməz. Dünyada Çin yuanı getdikcə güclənir. Dünyanın valyuta rezervləri siyahısına daxil edilib. Beynəlxalq Valyuta Fondu da rezerv valyuta kimi yuanı tanıyıb. Belədə ən mümkün variant BRİKS-in Çin yuanına keçməsidir. Hansısa bir ortaq pul vahidinin buraxılması ağır prosesdir. Avropa Birliyi uzun illərdən sonra vahid pula keçib. Ümumi qanunvericilik bazası, girgə ümumi mərkəzi bank yarandıqdan sonra avronu dövriyyəyə buraxa bildilər. BRİKS-in isə birgə maliyyə siyasəti, birgə mərkəzi bankları, ümumiləşdirilmiş pul siyasəti yoxdur. Çin yuanı isə gələcəkdə BRİKS-in əsas ödəmə vasitəsinə çevrilə bilər”.
Qeyd edək ki, xarici ölkə mətbuatında sıralarının genişlənəcəyini bəyan edən BRİKS+ ölkələrinin ortaq valyuta buraxacaqları barədə məlumatlar yer alıb. Hətta iddia edirlər ki, bu valyuta dolların hegemonluğuna da son qoyacaq.
Ramiz
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025