Redaktor
Avropa birjaları enişdədir: Bank sektorunda ciddi itkilər var
Avropa birjaları Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbilə ardıcıl üçüncü gün də eniş yaşadı.
Valyuta.Az xəbər verir ki, Stoxx Europe 600 indeksi London vaxtı ilə səhər saatlarında 1% dəyər itirərək son üç ayın ən aşağı bağlanışına doğru irəlilədi. Bank və avtomobil sənayesi sektorlarındakı itkilər ümumi azalmaya səbəb oldu.
Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasını yeniləyərək atom silahlarının tətbiqi sferasını genişləndirməsi və Ukraynaya Rusiya ərazisinə uzunmənzilli raket hücumuna icazə verilməsi xəbərləri, bazar iştirakçılarını "təhlükəsiz limanlara" yönəlməyə vadar edir.

"Saxo Banque France"dən Andrea Tueni bildirib: "Durumun pisləşmədən düzəlməyə başlaması ehtimalı azdır, buna görə də investorlar çox diqqətli olmalıdırlar." Bu inkişaflarla yanaşı, Donald Trampın yeni dövründə tətbiq edə biləcəyi tariflər və siyasətlər də Avropa birjalarına təzyiq göstərir. Bundan əlavə, ABŞ dollarının bahalaşması, Çinin iqtisadi yavaşlaması və Avropa bölgəsinin zəif iqtisadi perspektivi bazar iştirakçılarının üzləşdiyi digər çətinliklər sırasındadır.
Sektorlar üzrə azalmalar və bazarın ümumi durumu
Avropanın əsas birja indeksi olan STOXX 600, Rusiyanın nüvə doktrinası ilə bağlı açıqlamalarının ardından riskli aktivlərdən uzaqlaşma fonunda üç ayın ən aşağı səviyyəsinə düşdü. Qızıl və ABŞ dolları kimi "təhlükəsiz limanlara" tələb artdığı halda, avtomobil və bank sektoru təxminən 2% dəyər itirərək bazar enişinə əlavə təsir göstərdi.
"Panmure Liberum"dan Yoaxim Klement qeyd edib: "Rusiyanın nüvə siyasətindəki dəyişikliklərin Avropa iqtisadiyyatı və gəlirlərinə birbaşa təsiri olmayacaq. İnvestorlar bu açıqlamalara həddindən artıq mənalar yükləməməlidir."
Eyni zamanda, ABŞ-ın yeni maliyyə naziri və ticarət nümayəndəsi vəzifələrinə kimin təyin olunacağı maraqla gözlənilir. Trampın mümkün inflyasiya yönümlü siyasətlərinin təsirləri bazar tərəfindən diqqətlə izlənilir. Avropa Mərkəzi Bankının (ECB) ABŞ-ın ticarət tariflərinin Avrozonanın iqtisadi artımına zərər verə biləcəyi ilə bağlı narahatlıqları isə qlobal faiz endirimi siyasətinə diqqəti artırır.
DAX indeksi üzrə eniş sürətlənib

Almaniyanın DAX indeksi, Rusiya-Ukrayna gərginliyindən qaynaqlanan narahatlıqlarla 1%-dən çox enərək 19.000 bəndin altına düşüb. Rusiya nüvə doktrinasını genişləndirməsi və Ukraynanın raket hücumları, Avropada genişmiqyaslı münaqişə ehtimalını artırıb.
Bu vəziyyət bütün sektorlarda səhmlərin dəyərdən düşməsinə səbəb olub. "Siemens" 4%-dən çox itki ilə sənaye nəhəngləri arasında ən çox dəyər itirən şirkət olub. "Siemens Energy" 2.5% azalarkən, "Volkswagen", "Mercedes-Benz" və "Continental"ın səhmləri də 2%-dən çox dəyər itirib.
Digər tərəfdən, müdafiə sənayesi üzrə fəaliyyət göstərən "Rheinmetall" 2% dəyər qazanaraq bazardan müsbət fərqlənib. Bununla yanaşı, "Thyssenkrupp" şirkəti gözləntiləri üstələyən mənfəət hesabatı fonunda 8%-ə yaxın dəyər qazanaraq diqqət çəkib.
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
18.06.2026Axtarış sistemləri dövrü bitir? - Çatbotlar yeni məlumat mənbəyinə çevrilir
18.06.2026PR böhranı brendi necə gücləndirə bilər?
18.06.2026BMW imperiyası "Volkswagen"dən daha tez çökə bilər
18.06.2026Bir saat üçün 15 milyon avro: ən bahalı “Rolex” modelləri
18.06.2026"PayPal Ventures" yeni investisiyaları dayandırdı
18.06.2026AMB iki şirkətə elektron pul təşkilatı lisenziyası verib
18.06.2026"Google"un 2,7 milyard dollar xərclədiyi mühəndis "OpenAI"a keçdi
18.06.2026Startapların inkişafı üçün 425 min manatlıq layihə
18.06.2026Onlar ayda orta hesabla 4 saat daha çox işləyiblər
18.06.2026"Dövlət qurumları süni intellekti tənzimləyən qərarlar qəbul etməlidir"
18.06.2026Hüquq texnologiyaları startapı 3,8 milyon dollar investisiya alıb
18.06.2026Azərbaycanda vençur kapitalı fondları üçün yeni qaydalar müəyyənləşir
18.06.2026İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb
18.06.2026
BMW və Mercedes-Benz-in ən populyar modelləri neçə manata təklif olunur?
18.06.2026Vəfatdan sonra yaxınlara ödəniş edən sığortada son 5 il
18.06.2026Kvant kompüterləri hazırlayan “Atom Computing” 300 milyon dollardan çox yatırım aldı
18.06.2026Qlobal bazarlarda FED və sülh qarışıqlığı: Nə baş verir?
18.06.2026Süni intellekt insanları əvəz etməyəcək, daha çox iş yeri yaradacaq - Ceff Bezos
18.06.2026