Redaktor
Yeni biznes yaratdığımız zaman bazara hansı qiymətlərlə daxil olmalıyıq?
Yeni bizneslər bazara hansı qiymətlə daxil olmaqla bağlı tərəddüd yaşayırlar. Bəzən deyirlər ki, yenisən, aşağı qiymətlə başlamasan, müştəri tapmaq çətin olacaq. Bir fikir də odur ki, aşağı qiymətlə başlasan, sonra qiymət artımına gedə bilməyəcəksən, elə aşağı qiymət seqmentində məhsul olaraq qalacaqsan. Bəs yeni başladığımızda qiymətlə bağlı necə davranmalıyıq və hansı qiymətlərlə bazara daxil olmalıyıq?
Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirib ki, qiymət məsələsi məhsuldan və bazarın hansı inkişaf mərhələsində olmasından, rəqabətin hansı səviyyədə olmasından asılıdır:
“İllərdir istifadə olunan qiymət təyin etmə strategiyaları var. Bunlardan biri qiymətin maya dəyəri əsasında təyin edilməsidir. Yəni, məhsulun maya dəyəri hesablanır və onun üzərinə müəyyən qədər gəlir əlavə olunur. İkinci yanaşma rəqabətə əsasən qiymət qoyulmasıdır ki, qoyulan qiymətlər rəqiblərlə müqayisə olunur. Burada da iki strategiya ola bilər, rəqibdən daha aşağı qiymət və ya rəqibdən daha yuxarı qiymət. Bu da qoyulan sərmayədən və biznesin əhatə dairəsindən asılıdır”.

Təlimçi qiymətin təyin olunmasının başqa formalarından da danışıb: “Üçüncü yanaşma müştəri üzərindən qiymətin təyin olunmasıdır. Müştərilər arasında sorğu keçirib bilmək olar ki, müştəri məhsulu hansı qiymətə almaq istəyir. Dördüncü məsələ odur ki, bazarda əvvəllər olmayan yeni məhsullar bazara girən zaman təyin olunan strategiyadır. Burada da başlanğıcdan məhsulun bazarda analoqu olmadığı üçün onun qiymətinin maksimum təyin etmək olar. Bu dörd strategiyadan birini seçib bazara girmək və məhsulun satışına başlamaq olar”.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025