Redaktor
Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?
Zehni bulanıqlıq, unutqanlıq, diqqəti cəmləməkdə çətinlik…
Xalq arasında “beyin dumanı” (və ya "beyin sisi") kimi tanınan bu hal, bəzən bizi sanki bir zombi kimi hiss etdirə bilər. Hər kəsin zaman-zaman yaşadığı bu problem, xüsusilə yaşlı insanlarda və bəzi sağlıq problemləri olan şəxslərdə daha tez-tez görülür.
Valyuta.az xəbər verir ki, bu narahatedici vəziyyəti yüngülləşdirməyin sadə və elmi əsaslı yolu hərəkət etməkdir.
Beyin dumanı nədir?
Beyin dumanı düşüncələrin aydınlığını itirdiyi, diqqətin cəmlənməsinin çətinləşdiyi və yaddaşın zəiflədiyi bir zehni vəziyyətdir. Rəsmi tibbi diaqnoz olmasa da, bu hal menopauza, yuxusuzluq, uzunmüddətli COVID və autoimmun xəstəliklər kimi bir çox sağlamlıq problemləri ilə əlaqələndirilir.
Adətən narahatedici dərəcədə ciddi olmasa da, gündəlik həyatı təsir edə və iş qabiliyyətini azalda bilər. Lakin mütəxəssislər bu problemin qarşısını almağın yollarının olduğunu bildirirlər.
Elm nə deyir?
Avstraliya və ABŞ-dan olan tədqiqatçılar, yaşı 65 ilə 80 arasında dəyişən və oturaq həyat tərzi keçirən 585 nəfər üzərində bir araşdırma aparıb. İştirakçılar bir həftə boyunca biləklərinə taxılan cihazlarla hərəkət və yuxu vərdişlərinə görə müşahidə olunub. Eyni zamanda onlar üzərində yaddaş, diqqət və düşünmə sürəti kimi idrak testləri aparılıb.
Nəticələrə görə gündə cəmi 5 dəqiqə orta və ya güclü fiziki aktivlik idrak qabiliyyətlərində nəzərəçarpacaq yaxşılaşmaya səbəb oldu. Xüsusilə planlama, diqqət toplama və düşünmə sürəti sahələrində müsbət təsir qeydə alınıb. Lakin hər beyin funksiyasına eyni dərəcədə təsir etmədiyi də vurğulanıb. Məsələn, epizodik yaddaş və ya məkan oriyentasiyası üzərində fərq müşahidə edilməyib.
Orta və ya güclü fiziki aktivlik dedikdə ürək döyüntüsünü artıran və tərləməyə səbəb olan məşqlər nəzərdə tutulur. Templi yerimə, rəqs, velosiped sürmək və ya bağda görülən fiziki işlər bu qrupa daxildir. Mütəxəssislər həftədə ən az 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə məşq etməyi, eləcə də həftədə iki dəfə əzələ gücləndirici hərəkətlər etməyi tövsiyə edirlər.
Gündəlik həyatda nələr etmək olar?
Əgər oturaq həyat tərzi keçirirsinizsə, kiçik addımlarla yürüşəbaşlamaq mümkündür.
Beyin dumanını dağıtmaq üçün bəzi sadə təkliflər:
Uzun müddət oturduqda, müntəzəm aralıqlarla qısa gəzinti fasilələri verin
Liftdən istifadə etmək əvəzinə pilləkənlərlə qalxın
Maşını alış-veriş zamanı bir qədər uzaqda saxlayın
Gündəlik işlərinizi daha çox hərəkət tələb edəcək şəkildə planlaşdırın
Ayaqüstə işləmə masası və ya tarazlıq topu kimi alternativləri dəyərləndirin.
Beyin dumanı başladıqda ayağa qalxın, gərin və ya qısa bir yürüş edin – bu sadə hərəkətlər zehninizi təzələyə bilər.
Fiziki aktivliyin yanında sağlam həyat tərzi də önəmlidir:
Protein, sağlam yağlar və tam taxıllar ehtiva edən balanslı qidalanma
Gecə 7-9 saat arası keyfiyyətli yuxu
Stresi azaltmaq üçün nəfəs məşqləri və ya meditasiya kimi texnikalar.
Unutmayın, zehni aydınlıq üçün bədəninizə yaxşı qulluq etmək, atacağınız ən güclü addımlardan biri ola bilər.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?
17.03.2026Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır
17.03.20262026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar
17.03.2026Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu
17.03.2026Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®
17.03.2026Türkiyənin dollar milyarderi qadınları
17.03.2026“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi
17.03.2026Prezident nazirlikdə müavinlərin sayını artırdı
17.03.2026Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®
17.03.2026"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir
17.03.2026Rusiyaya məhsul ixracında milyardlıq azalma
17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu
17.03.2026Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələr
17.03.2026Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi azalıb
17.03.2026Azərbaycanda ən aşağı sürətli internet provayderləri açıqlanıb
17.03.2026Bakı üçün yeni seriya buraxıldı
17.03.2026Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - CƏDVƏL
17.03.2026