Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

Redaktor

12.01.2026 15:54
53

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

Bakı şəhərində və Abşeron yarımadasında sosial-iqtisadi inkişaf və demoqrafik artım fonunda su və kanalizasiya sistemləri ciddi yüklənmə altındadır.

Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

O qeyd edib ki, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb və həmin dövrdən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb:

"Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri isə standartlara heç bir şəkildə cavab vermir. Nəzərə alsaq ki, bu xətlərin çoxunun ömrü 40–50 il üçün nəzərdə tutulub, hazırda onların istismar müddəti artıq bitib".

Z. Mikayılov bildirib ki, əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradıb: "Vaxtilə Bakıda mövcud olan yağış sularının axıdılması sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektorlarına çevrilib".

Onun sözlərinə görə, əsas kollektorların maksimal ötürücülük qabiliyyətinin formalaşan su miqdarını qarşılaya bilməməsi həm əhalinin artması, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqədardır.

ADSEA sədri diqqətə çatdırıb ki, bir çox magistral xətlərin mühafizə zonaları zəbt olunub:

"Aparılan təhlillər göstərib ki, Bakı şəhərində əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz edən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. Bu hallar bəzi ərazilərdə istismar müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur".

Z. Mikayılov çıxışında içməli suya əlçatanlıq və fasiləsiz su təminatı ilə bağlı göstəricilərə də toxunub.

O bildirib ki, Azərbaycanda içməli suya əlçatanlıq 73,4 %, Avropa İttifaqında isə 95 %-dir:

"Fasiləsiz su təminatı ölkə üzrə 72,5 %, Bakı və Abşeron yarımadasında isə 70 % təşkil edir. Bu fərq son illərdə regionlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə bağlıdır və məhz buna görə də rayonlarda fasiləsiz suya əlçatanlıq daha yüksəkdir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

12.01.2026

"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər

12.01.2026

Səudiyyədə 10 milyard dollarlıq "Trump" qolf-klubu və otel tikiləcək

12.01.2026

Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə

12.01.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu iki şirkətə məxsusdur - CƏDVƏL

12.01.2026

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

12.01.2026

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12.01.2026

Deputat öz yerinə onu təyin etdi

12.01.2026

Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

12.01.2026

Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb

12.01.2026

Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək

12.01.2026

Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər

12.01.2026

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

12.01.2026

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12.01.2026

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

12.01.2026

Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi

12.01.2026

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

12.01.2026

Prezident müşavirə keçirdi - YENİLƏNİB

12.01.2026

Bakı və Abşeronda su təchizatı - 10 illik Dövlət Proqramı təsdiqləndi

12.01.2026

Məzənnə

Yüklənir...