Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

Redaktor

12.01.2026 19:23
273

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

Səyahət xərclərinin 2026-cı ildə artacağına dair proqnozlar fonunda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo qısa müddətli şəhər istirahəti (city-break) üçün ən yaxşı istiqamət kimi tanınıb.

Valyuta.az xəbər verir ki, bu qənaətə Avropanın müxtəlif şəhərlərində yaşayış, qida və digər turizm xidmətlərinin qiymətlərini təhlil edən səyahət və əyləncə mövzulu “Time Out” nəşrinin jurnalistləri gəlib.

Niyə Sarayevo 2026-cı ildə Avropada city-break üçün ən yaxşı şəhərdir?

Araşdırmanın müəlliflərinin qiymətləndirmələrinə görə, Sarayevoda bir bokal pivə və ya şərab orta hesabla cəmi 2,30 avroya başa gəlir. Şəhərdə “Airbnb” platformasında bir gecəlik yaşayışı isə orta hesabla 40 avroya tapmaq mümkündür.

Yaşıllıqlarla örtülü Dinar Alplarının fonunda yerləşən və Milatska çayı ilə iki yerə bölünən Bosniya və Herseqovinanın paytaxtı turistlərə unudulmaz, autentik istirahət təklif edir.

Təbiətdən zövq aldıqdan sonra şəhərin qapalı ərzaq bazarı olan “Gradska tržnica Markale”yə baş çəkmək, burada burek (ənənəvi, şirin olmayan yarpaqlı xəmir məmulatı) dadmaq, daha sonra isə hər biri cəmi 2 avrodan başlayan pivə və ya şərab sifariş etmək mümkündür. Eyni zamanda “Caffe Divan”da əsl Bosniya qəhvəsindən dadmaq olar.

Mütəxəssislər vurğulayırlar ki, Sarayevoda təkcə yemək, içki və görməli yerlərin qiymətləri ucuz deyil, həm də bir çox məşhur turizm məkanlarından fərqli olaraq, turistlərdən hər addımda əlavə ödəniş tələb olunmur.

“Time Out” bələdçilərinin redaktoru Ella Doyl isə şəhərə avqust ayında səfər etməyi tövsiyə edir. Bu dövrdə Sarayevo daha günəşli olur və eyni zamanda Cənub-Şərqi Avropanın ən nüfuzlu tədbirlərindən biri sayılan Sarayevo Kino Festivalı keçirilir.

2026-cı il üçün Avropada ən yaxşı 5 büdcə şəhəri

“Time Out” müəllifləri Sarayevodan başqa, qısa və münasib büdcəli istirahət üçün daha dörd şəhəri də seçiblər.

1. Sarayevo, Bosniya və Herseqovina
2. Tirana, Albaniya
3. Hall, Böyük Britaniya
4. Mişkolts, Macarıstan
5. Zaqreb, Xorvatiya

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq

06.03.2026

Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı

06.03.2026

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

06.03.2026

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

06.03.2026

Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi

06.03.2026

Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası

06.03.2026

BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq

06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

06.03.2026

“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb

06.03.2026

Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb

06.03.2026

“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb

06.03.2026

Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq

06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri

Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL

06.03.2026

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb

06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

06.03.2026

Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi

06.03.2026

Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

06.03.2026

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik

06.03.2026

Məzənnə

Yüklənir...