Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

Redaktor

12.01.2026 17:45
55

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

Azərbaycanda son 2 ayda 8 dövlət qurumu ləğv edilib, oxşar profilli bəzi qurumlar isə birləşdirilib.

Valyuta.az xəbər verir ki, həmin qurumların mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasında fəlaiyyət göstərirdi. Noyabr ayından etibarən Naxçıvanda 3 dövlət qurumu ləğv edilib, bir sıra qurumlar birləşdirilib.

Qeyd olunmalıdır ki, son dövrlər Naxçıvan Muxtar Respublikasında idarəetmə və institusional strukturda ciddi dəyişikliklər aparılır. Bu dəyişikliklər əsasən ayrı-ayrı dövlət qurumlarının ləğvi, səlahiyyətlərin mərkəzləşdirilməsi və bəzi strukturların birləşdirilməsi ilə müşayiət olunur.

Ləğv edilən qurumlardan biri Muxtar Respublikanın Dövlət Energetika Xidməti olub. Qurum 2017-ci ildə yaradılmışdı və elektrik enerjisinin istehsalı, ötürülməsi, təchizatı və bu sahədə dövlət tənzimlənməsini həyata keçirirdi. Lakin İlham Əliyevin 2025-ci ilin noyabrında imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatının Azərişıq ASC-yə verilməsi bu qurumun funksional əhəmiyyətini aradan qaldırdı və nəticədə xidmət ləğv olundu.

Oxşar proses qaz təsərrüfatı sahəsində də baş verdi. 2025-ci ilin dekbarında Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edildi və bundan sonra bölgədə qaz təchizatına Azəriqaz İstehsalat Birliyi nəzarət edəcək. Qurumun balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinə verilməsi bu keçidin texniki və institusional əsasını formalaşdırdı. Qeyd edək ki, sözügedən xidmət 2019-cu ildə yaradılmışdı.

Sosial sahədə də struktur dəyişikliyi aparılıb. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib. 2008-ci ildən fəaliyyət göstərən bu komissiya əlillik dərəcəsinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi və reabilitasiya ehtiyaclarının müəyyən olunması kimi mühüm funksiyalar icra edirdi. Yeni qərara əsasən, bu səlahiyyətlər Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu dəyişiklik sosial ekspertiza mexanizmlərinin mərkəzləşdirilməsi kimi qiymətləndirilir.

Bununla yanaşı, Naxçıvanda birləşdirmə yolu ilə optimallaşdırma prosesi də həyata keçirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb. Yeni qurumun ümumi yığıncağının səlahiyyətləri MR Nazirlər Kabineti və MR İqtisadiyyat Nazirliyinə verilib.

Naxçıvan Muxtar Respublikasında struktur optimallaşmadırılması ilə paralel, Azərbaycan Elm və Təhsil Nazirliyində də bəzi qurumların ləğv edilməsi prosesi aparılıb. Belə ki, 2025-ci ilin dekabrında Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Telegram” ötən il 44 milyondan çox kanal və qrupu bloklayıb

12.01.2026

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

12.01.2026

"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər

12.01.2026

Səudiyyədə 10 milyard dollarlıq "Trump" qolf-klubu və otel tikiləcək

12.01.2026

Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə

12.01.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu iki şirkətə məxsusdur - CƏDVƏL

12.01.2026

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

12.01.2026

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12.01.2026

Deputat öz yerinə onu təyin etdi

12.01.2026

Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

12.01.2026

Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb

12.01.2026

Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək

12.01.2026

Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər

12.01.2026

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

12.01.2026

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12.01.2026

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

12.01.2026

Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi

12.01.2026

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

12.01.2026

Prezident müşavirə keçirdi - YENİLƏNİB

12.01.2026

Məzənnə

Yüklənir...