Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

Redaktor

12.01.2026 16:06
108

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

"Su Ehtiyatları Agentliyi olaraq bizim suların istifadəsinə və mühafizəsinə nəzarət xidmətimiz də var. Bununla yanaşı, su təsərrüfatı sistemlərində mühafizə zonalarının təhlükəsizliyinin gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir".

Valyuta.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

Agentlik sədri bildirib ki, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var.

“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerlərdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq. Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq. Su və su təsərrüfatı obyektlərinin kimyəvi, bioloji, hidroloji və digər çirklənmələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi - bütün bunlar dediyimiz kimi, dövlət proqramı, sadəcə, investisiya ilə əlaqəli tədbirləri nəzərdə tutur. Bu, həm də bizim istismar qurumlarımızın, xidmətlərimizin 10 il boyunca həm öz işlərinin təkmilləşdirilməsinə, həm də gündəlik istismar işlərinin daha da genişləndirilməsinə yol açacaq. Bu tədbirləri nəzarətdə saxlayaraq biz 10 il ərzində bütün bu sistemlərin Avropa standartları səviyyəsinə çatdırılmasını nəzərdə tutmuşuq”, - Z.Mikayılov vurğulayıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Balkan paytaxtı 2026-cı ilin ən yaxşı büdcəli tətil məkanı seçildi

12.01.2026

"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər

12.01.2026

Səudiyyədə 10 milyard dollarlıq "Trump" qolf-klubu və otel tikiləcək

12.01.2026

Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə

12.01.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu iki şirkətə məxsusdur - CƏDVƏL

12.01.2026

Azərbaycanda 8 dövlət qurumu ləğv edilib

12.01.2026

Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı

12.01.2026

Deputat öz yerinə onu təyin etdi

12.01.2026

Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ

12.01.2026

Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb

12.01.2026

Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək

12.01.2026

Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər

12.01.2026

Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət

12.01.2026

"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb

12.01.2026

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır

12.01.2026

Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq

12.01.2026

Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi

12.01.2026

Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"

12.01.2026

Prezident müşavirə keçirdi - YENİLƏNİB

12.01.2026

Bakı və Abşeronda su təchizatı - 10 illik Dövlət Proqramı təsdiqləndi

12.01.2026

Məzənnə

Yüklənir...