Redaktor
Yeni yaşayış şəraitinə adaptasiya üçün 2 milyonluq layihə
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yeni tender imzalayıb.
Valyuta.az xəbər verir ki, əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili və gəlirgətirən fəaliyyətlərin təşkili barədədir.
Bunun üçün müəyyən olunan vəsait 2 milyon 817 min 663 manat təşkil edib.
Təkliflərin son təqdim olunma tarici fevralın 10-dur.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yanvarın 7-də də yeni tender elan edib. Layihə Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik (birinci mərhələdə 635 ailəlik) yaşayış məntəqəsində sahədaxili və fərdi evlərin qaz təchizatının təmin olunması ilə bağlıdır.
Bu tender üzrə ehtimal olunan qiymət isə 4 milyon 68 min 960 manat olub.
Sərvanə Rəmixanova