Redaktor
İspaniyadan 1,72-yə, Niderlanddan 27 manata ət idxal olunub
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 1051,16 ton dondurulmuş donuz əti və onun hissələri idxal edilib.
Valyuta.az xəbər verir ki, bu məhsulların idxal dəyəri 3 milyon 33 min ABŞ dolları təşkil edib.
Ölkələr üzrə idxal göstəricilərinə gəlincə, Belarusdan 1,67 min ABŞ dolları dəyərində 0,32 ton donuz əti gətirilib. Bu məhsulun 1 kiloqramının orta idxal qiyməti 5,21 ABŞ dolları və ya 8,87 manat olub.
Rusiyadan 2 milyon 715,46 min ABŞ dolları dəyərində 899,24 ton donuz əti idxal edilib. Rusiyadan gətirilən məhsulun 1 kiloqramının orta qiyməti 3 ABŞ dolları və ya 5,1 manat təşkil edib.
Ukraynadan 211,3 min ABŞ dolları dəyərində 60 ton donuz əti idxal olunub. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramının qiyməti 3,52 ABŞ dolları və ya 5,98 manat olub.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 22,86 min ABŞ dolları dəyərində 16,32 ton donuz əti gətirilib. Sözügedən məhsulun 1 kiloqramının orta idxal qiyməti 1,40 ABŞ dolları və ya 2,38 manat təşkil edib.
Almaniyadan 7,3 min ABŞ dolları dəyərində 2 ton donuz əti idxal olunub. Almaniya mənşəli məhsulun 1 kiloqramının qiyməti 3,65 ABŞ dolları və ya 6,2 manat olub.
İspaniyadan 49,94 min ABŞ dolları dəyərində 49,24 ton donuz əti gətirilib. Bu ölkədən idxal olunan məhsulun 1 kiloqramının qiyməti 1,01 ABŞ dolları və ya 1,72 manat təşkil edib.
Niderlanddan 0,16 min ABŞ dolları dəyərində 0,01 ton donuz əti idxal olunub. Bu məhsulun 1 kiloqramının qiyməti 16 ABŞ dolları və ya 27,2 manat olub.
Polşadan isə 24,34 min ABŞ dolları dəyərində 24,01 ton donuz əti idxal edilib. Polşa mənşəli məhsulun 1 kiloqramının orta idxal qiyməti 1,01 ABŞ dolları və ya 1,72 manat təşkil edib.
Sərvanə Rəmixanova