Redaktor
“Yelo Bank”ın faiz gəlirləri son 6 ildə necə dəyişib? - CƏDVƏL
"Yelo Bank"ın son 6 ilin yalnız birinci rübləri üzrə maliyyə göstəricilərinə nəzər saldıqda, faiz gəlirlərinin ümumilikdə artdığı müşahidə olunur.
Bank 2026-cı ilin birinci rübündə 50 milyon 649,02 min manat faiz gəliri əldə edib ki, bu da 2021–2026-cı illər üzrə birinci rüblər arasında ən yüksək göstəricidir.
Araşdırılan dövrdə faiz gəlirlərində azalma yalnız 2025-ci ilin birinci rübündə qeydə alınıb. Belə ki, bankın faiz gəlirləri 2024-cü ilin birinci rübündəki 40 milyon 984,21 min manatdan 2025-ci ilin eyni dövründə 40 milyon 789,15 min manata düşüb.
Bu isə illik müqayisədə 195,06 min manat və ya 0,48% azalma deməkdir.
Valyuta.az aşağıdakı cədvəldə "Yelo Bank"ın 2021–2026-cı illərin birinci rübləri üzrə əldə etdiyi faiz gəlirlərinin həcmini təqdim edir:
| "Yalo Bank"ın I rüblər üzrə faiz gəlirləri (min manatla) | |||||
|---|---|---|---|---|---|
| 2026-cı il | 2025- ci il | 2024-cü il | 2023-cü il | 2022-ci il | 2021-ci il |
| 50,649.02 | 40,789.15 | 40,984.21 | 25,544.95 | 18,462.99 | 13,787.61 |
| 12.06.2026 | |||||
Tənzilə Ağabalayeva