"WhatsApp" mesajlarında gizli məkan qeydiyyatı iddiası: "Hər tətbiq iz buraxır"

Redaktor

27.11.2025 15:07
478

"WhatsApp" mesajlarında gizli məkan qeydiyyatı iddiası: "Hər tətbiq iz buraxır"

Kiber təhlükəsizlik mütəxəssisi Elorm Daniel "WhatsApp" tətbiqi vasitəsilə göndərilən mesajların, istifadəçi paylaşmasa belə, məkan məlumatlarını da etdiyini iddia edib.

Valyuta.az xəbər verir ki, Daniel ABŞ mərkəzli X şirkətinin sosial media hesabında "iPhone 12 Pro Max" cihazı üzərində apardığı forensik yoxlamanın təfərrüatlarını paylaşıb. "WhatsApp" üzərindən etdiyi bir yazışmanı analiz edən Daniel, məlumatların metadatalarında yazışdığı şəxsin məkanın da göründüyünü bildirib.

O iddia edib ki, mesajı göndərən şəxs və ya özü belə bir məlumatı tələb etməyib, amma telefon bu məlumatı avtomatik olaraq qeyd edib: "Bu o deməkdir ki, "WhatsApp"da söhbət edərkən məkan məlumatı açıqdırsa, başqa bir şəxsin cihazında forensik yoxlama aparılarsa, məkanınız həmin cihazdan əldə edilə bilər".

O həmçinin qeyd edib ki, "WhatsApp" tərəfindən toplanan məlumatlar yalnız "məkan məlumatı" ilə məhdudlaşmır. Hər hansı bir qrupun kim tərəfindən yaradıldığı, nə vaxt yaradıldığı, kimlərin əlavə edildiyi və çıxdığı kimi bütün məlumatlar istifadəçi qrupdan çıxsalar belə tətbiqin metadatasında qalır.

Daniel əlavə edib ki, bu məlumatların cihazda saxlanması gələcək araşdırmalarda istifadə oluna bilər. O, telefonundakı hər bir foto, video, qeyd və ekran görüntüsünün yaradıldığı yerdəki tam koordinatları ehtiva etdiyini vurğulayıb: "Telefon hər bir media faylı üçün GPS koordinatlarını avtomatik olaraq qeyd edir. Bu, araşdırıcıların fotoşəkil çəkdiyiniz, video yazdığınız, ekran görüntüsü aldığınız və ya cihazda hər hansı media yaratdığınız anda harada olduğunuzu müəyyən edə biləcəyi deməkdir".

O əlavə edib ki, bu səviyyədə metadata insan hərəkətləri və davranışlarının zaman xəritəsini inanılmaz dəqiqliklə izləyə bilir. Cihaz URL-ləri, istifadəçi adları, şifrələr və qurulan bütün tətbiqlərin qeydlərini saxlayır. Daniel iddia edir ki, "WhatsApp" mesajlarında olduğu kimi "iPhone" mesajlarında da göndərənin dəqiq məkanı yazıldığı və göndərildiyi anda qeyd olunur: "Hər tətbiq iz buraxır. Hər mesaj mətnindən daha çox məlumat daşıyır. Bu analiz göstərir ki, "jailbreak" edilməsə belə, araşdırıcılar yerləşmə, şifrələr, qrup məlumatları, mesaj tarixçəsi və tətbiq fəaliyyətlərinə daxil ola bilərlər".

"WhatsApp"a bu iddiaların doğruluğu ilə bağlı yazılı suallar göndərilib. Şirkət cavabında bildirib: "Topladığımız məlumat növləri xidmətlərimizi necə istifadə etdiyinizdən asılıdır. Xidmətlərimizi təqdim etmək üçün müəyyən məlumatlara ehtiyacımız var və bu məlumatlar olmadan xidmət göstərə bilmərik. Məsələn, xidmətlərimizdən istifadə etmək üçün hesab yaratmaq məqsədilə telefon nömrənizi verməlisiniz".

Əlavə olaraq, xidmətlərin istifadəsi zamanı əlavə məlumatların toplanmasını tələb edən könüllü xüsusiyyətlər olduğunu bildirərək qeyd edilib ki, istifadəçi lazım olan məlumatları verməsə, həmin xüsusiyyəti istifadə edə bilməyəcək. Məsələn, istifadəçi məkan məlumatlarını paylaşmağa icazə verməzsə, bu məlumatları digər şəxslərlə paylaşa bilməz.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 4 dəfə azalıb

12.06.2026

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Məzənnə

Yüklənir...