Redaktor
Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.
Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.
Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?
Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?
Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.
O xatırladıb ki, "Bakı Şəhərinin Baş Planı 2040"da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:
"Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq".
E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:
"Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUniversitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
23.03.2026Sürücüsüz sistemlər hazırlayan şirkət 100 milyon dollar topladı
23.03.2026"Blue Origin" orbitdə data mərkəzləri quracaq
23.03.2026"Amazon" çatdırılma robotları istehsal edən startapı satın aldı
23.03.2026Meşə fındığı ixracında 29 milyon dollarlıq artım olub
23.03.2026Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
23.03.2026Gəlirinizdən asılı olmayaraq sərvət toplamağın 3 addımı
23.03.2026Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir
23.03.2026İdman sənayesinin 417 milyard dollarlıq strukturu
23.03.2026Yaddaş nəhəngindən şok etiraf: "Tələbatın yalnız yarısını qarşılaya bilərik"
23.03.2026İlon Mask "Tesla" və "SpaceX" üçün yeni planını açıqladı
23.03.2026Nəqliyyat vasitələri idxalında 10%-lik düşüş yarandı
23.03.2026Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
23.03.2026Günəş panelləri texnologiyasında inqilab
23.03.2026Sabah Azərbaycanda 23 dərəcə isti olacaq
23.03.2026