Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi

Redaktor

23.03.2026 12:16
93

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi

Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Valyuta.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

23.03.2026

Sürücüsüz sistemlər hazırlayan şirkət 100 milyon dollar topladı

23.03.2026

"Blue Origin" orbitdə data mərkəzləri quracaq

23.03.2026

"Amazon" çatdırılma robotları istehsal edən startapı satın aldı

23.03.2026

Meşə fındığı ixracında 29 milyon dollarlıq artım olub

23.03.2026

Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ

23.03.2026

Gəlirinizdən asılı olmayaraq sərvət toplamağın 3 addımı

23.03.2026

Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir

23.03.2026

İdman sənayesinin 417 milyard dollarlıq strukturu

23.03.2026

Yaddaş nəhəngindən şok etiraf: "Tələbatın yalnız yarısını qarşılaya bilərik"

23.03.2026

İlon Mask "Tesla" və "SpaceX" üçün yeni planını açıqladı

23.03.2026

Nəqliyyat vasitələri idxalında 10%-lik düşüş yarandı

23.03.2026

Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

23.03.2026

Günəş panelləri texnologiyasında inqilab

23.03.2026

Sabah Azərbaycanda 23 dərəcə isti olacaq

23.03.2026
"Süni intellektlə bağlı bütün nikbinliyimin bitdiyini bəyan edirəm"

"Süni intellektlə bağlı bütün nikbinliyimin bitdiyini bəyan edirəm"

23.03.2026

"Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı

23.03.2026

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi

23.03.2026

Restoran və kafelərdə pul dövriyyəsi 410 milyon manatı keçdi

23.03.2026

Prezident Şamaxıda "Şirvan Aqro" kompleksinin açılışında (FOTO)

23.03.2026

Məzənnə

Yüklənir...