Redaktor
“Unibank”ın investisiya şirkəti ilə pis başlayıb - 87,5 milyon manatlıq azalma
2024-cü ilin yanvar ayında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 155 əqd üzrə 191,96 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 31,3% və ya 87,5 milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk ayında “Unicapital”ın dövriyyəsi 279,5 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 87,7 milyon manatı repo, 11,24 milyon manatı dövlət qiymətli kağızlarının, 31,4 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 61,6 milyon manatı korporativ istiqrazların payına düşüb. Bu dövrdə investisiya şirkəti səhm üzrə əməliyyat aparmayıb.
Məsələ ilə bağlı investisiya şirkətindən valyuta.az-a bildirilib ki, dövriyyənin azalması bütün xidmətləri deyil, yalnız daxili bazarı əhatə edir.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkətin səhmlərinin 100%-i “Unibank”a məxsusdur.
Leyli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır
23.07.2026"Uber"in həmtəsisçisinin startapı 1,7 milyard dollar investisiya cəlb edib
23.07.2026"Tesla" rüblük gəlirini açıqladı
23.07.2026Neft Fondu investisiya portfelində ABŞ dollarının payını açıqladı
23.07.2026"Meta" əleyhinə sosial media iddiası geri götürülüb
23.07.2026ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
23.07.2026Mərkəzi Bank 38 daşınmaz əmlakını təkrar hərraca çıxarır
23.07.2026"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb
23.07.2026ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb
23.07.2026JPMorgan-ın baş direktoru növbəti kredit böhranı ilə bağlı xəbərdarlıq edib
23.07.2026Bəzi şəxslərin işə təyinatı zamanı ailə vəzifələri də nəzərə alınacaq
23.07.2026ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib
23.07.2026Qızıl üçün kritik həftə: Yeni rekordlar gözlənilir
23.07.2026