TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Redaktor

12.06.2026 14:31
292

TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib ®

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir. Bank bu istiqamətdə növbəti mühüm addım ataraq Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində "Global Gender-Smart Fund S.A., SICAV" (GGSF) fondundan 3 il müddətinə 5 milyon ABŞ dolları ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib.

Cəlb olunan vəsait regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Maliyyə xətti çərçivəsində xüsusilə qadınların rəhbərlik etdiyi və ya onlara məxsus bizneslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu isə qadın sahibkarların biznes fəaliyyətinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə inklüziv iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.

Qadınların iqtisadi fəallığının artırılması və maliyyə resurslarına bərabər çıxış imkanlarının təmin edilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, qadın sahibkarlığının dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə və sosial rifahın yüksəlməsinə mühüm təsir göstərir. TuranBank da öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq gender bərabərliyinin təşviqinə və qadınların iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda, cəlb olunan vəsait sahibkarlıq subyektlərinin yerli valyutada uzunmüddətli maliyyə resurslarına çıxışını genişləndirməklə onların valyuta risklərindən qorunmasına və maliyyə dayanıqlığının artırılmasına xidmət edəcək.
Sözügedən saziş beynəlxalq maliyyə institutlarının TuranBankın maliyyə sabitliyinə, korporativ idarəetmə standartlarına və şəffaf fəaliyyətinə olan etimadının növbəti təsdiqidir. Əməkdaşlıq Bankın maliyyə inklüzivliyinin artırılması, qadın sahibkarlığının dəstəklənməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.

TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirərək qadın sahibkarlığının inkişafına, maliyyə əlçatanlığının artırılmasına və ölkədə inklüziv iqtisadi inkişafın dəstəklənməsinə öz töhfəsini verməyə davam edəcək.

Global Gender-Smart Fund haqqında

Global Gender-Smart Fund inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarına borc maliyyələşməsi təqdim edən, dünyada genderyönümlü ən böyük investisiya fondudur. GGSF-nin məqsədi maliyyə xidmətlərinə kifayət qədər çıxışı olmayan qadınların, eləcə də qadınların rəhbərlik etdiyi və onlara məxsus bizneslərin genderhəssas və məsuliyyətli maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.
İnklüziv maliyyə sistemlərinin gücləndirilməsi vasitəsilə GGSF həyat səviyyəsinin yüksəldilməsinə, gender balansının və maliyyə xidmətlərinə çıxışın genişlənməsinə, həmçinin inkişaf etməkdə olan bazarlarda qadınların liderliyinin artmasına töhfə verir.
GGSF Innpact Fund Management tərəfindən idarə olunur və fondun fəaliyyətində dərin bazar təcrübəsinə və güclü təsiryönümlü yanaşmaya malik üç aparıcı özəl portfel meneceri iştirak edir. Bu layihə çərçivəsində TuranBank ilə əlaqələrin qurulması, monitorinqi və idarə olunmasına görə Incofin Investment Management məsuliyyət daşıyır.

Ətraflı məlumat üçün: www.ggs-fund.com 

TuranBank ASC haqqında

TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycanın ən etibarlı maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən

TuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirərək şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilmişdir.

Ətraflı məlumat üçün: www.turanbank.az

TuranBank
Bizimlə etibarlıdır...

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Instagram"da yeni təhlükə: Risk yalnız sosial media ilə məhdudlaşmır

12.06.2026

Azərbaycana 14,6 min manata 1 ədəd qol saatı gətirilib

12.06.2026

"Embawood"un vergi borcu 1.6 milyonu ötdü

12.06.2026

Ofis işçiləri süni intellekt üçün "dayə"yə çevrilir - ARAŞDIRMA

12.06.2026

"Grok"un təhlükəsizlik problemlərini məlumat verdi, işdən qovuldu

12.06.2026

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12.06.2026

Süni intellekt sərmayələri qərar keyfiyyətini eyni dərəcədə artırmır

12.06.2026

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

12.06.2026

"Facebook" və "Instagram" çökdü

12.06.2026

Bankları və istifadəçiləri qoruyan 10 STARTAP

12.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib

12.06.2026

Hacıqabulda 2 günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb

12.06.2026

1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb

12.06.2026

Gülşən Cumayeva “PAŞA Kapital”da yüksək vəzifəyə gətirildi

12.06.2026

Zəngləri cavablayan startap 30 milyon dollar investisiya aldı

12.06.2026

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

12.06.2026

Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?

12.06.2026

Ölkədə debitor borcların məbləği açıqlanıb

12.06.2026

Milyonluq şirkət fırıldağı - 10-a yaxın şəxsə cinayət işi açıldı

12.06.2026

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub - YENİLƏNİB

12.06.2026

Məzənnə

Yüklənir...