Redaktor
Tibbi sığorta üzrə ödənişləri 7 milyon manatdan çox azalıb
2025-ci ilin yanvar-dekabr aylarında tibbi sığorta yığımlarında artım, ödənişlərdə isə azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin ilk 12 ayında bu sığorta növü üzrə 133 milyon 26 min manat yığım həyata keçirilib.
Rəsmi statistikaya əsasən demək olar ki, sığorta yığımlarında 9 milyon 939 min manat və ya 8,07% artım olub.
2024-cü ilin eyni dövründə isə tibbi sığorta yığımları 123 milyon 87 min manat olub.
Tibbi sığorta üzrə ödənişlərə gəldikdə isə 2025-ci ilin ilk 12 ayı üzrə ödənişlər 89 milyon 204 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə 96 milyon 642 min manatlıq ödəniş həyata keçirilib.
Nəticə etibarı ilə tibbi sığorta ödənişlərində 7 milyon 438 min manat və ya 7,69% azalma olub.
Tənzilə Ağabalayeva