Redaktor
Texnologiya sahəsində ən uğurlu 10 investorla tanış olun
Dünyada uzaqgörən və yenilikçi ideyaları sayəsində milyardlarla dollar qazanan texnologiya investorları var. Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda bu investorlar öz uğurları ilə başqaları üçün ilham mənbəyinə çevriliblər.
Belə investorların siyahısı aşağıdakı kimidir:
1. Cim Gets
Ən uğurlu 10 texnologiya investoru arasında Cim Gets birinci yerdə qərarlaşıb. Onun sərmayə qoyduğu "WhatsApp" tətbiqi dünyanın ən populyar mesajlaşma platformasına çevrildikdən sonra o, nağd və səhm şəklində 21,8 milyard ABŞ dolları gəlir əldə edib. Bununla kifayətlənməyən investor bazara yeni uğurlu tətbiqlər təqdim etməyi planlaşdırır.
2. Piter Fenton
Piter Fenton "Twitter" sosial şəbəkəsinin idarə heyətinin üzvlərindən biridir. O, fəaliyyətini həm istehlakçı yönümlü, həm də korporativ şirkətlər arasında bölüşdürür. Piter eyni gündə birjaya çıxarılan "Hortonworks" və "New Relic" şirkətlərinə etdiyi investisiyalarla tanınır. O, aparıcı vençur kapitalı şirkəti "Benchmark"ın beş tərəfdaşından biridir.
3. Kris Sakka
Kris Sakkanın "Lowercase Capital" şirkəti "Instagram"ın ilk investorlarından biri olub. Bundan əlavə, o, "Twitter" və "Uber" şirkətlərinə də sərmayə yatırıb. Kris həmçinin "Stripe", "Twilio", "Docker", "Lookout" və "Automatic" şirkətlərinə investisiya edib.
4. Coş Kopelman
Coş Kopelman xüsusilə "LinkedIn"ə etdiyi uğurlu investisiya ilə seçilir. O, istehlakçı texnologiyaları, korporativ proqram təminatı, moda və maliyyə sahələrinə maraq göstərir. O, "Micro VC" investorları qrupuna daxildir və son dövrlərdə "AltSchool", "Move Loot", "Boxed", "Soldsie" və "Black Tux" şirkətlərinə sərmayə yatırıb.
5. Stiv Anderson
Stiv Anderson "Baseline Ventures" şirkətinin təsisçilərindən və tərəfdaşlarından biridir. O, "Instagram"ın ilk investorlarından, həmçinin "Twitter"ın təsisçi investorlarından hesab olunur. Hazırda o, sosial maliyyə layihələri, "Weebly" və oyun şirkəti olan "Machine Zone" ilə bağlı fəaliyyət göstərir.
6. Duqlas Leone
Duqlas Leone nüfuzlu vençur kapitalı şirkəti "Sequoia Capital"ın idarəedici tərəfdaşıdır. Texnologiya investoru kimi o, "Google", "YouTube", "Zappos" və "LinkedIn" şirkətlərinə etdiyi sərmayələrdən böyük gəlir əldə edib. O, fəaliyyətini Hindistan, Çin və İsrail də daxil olmaqla bir sıra ölkələrə genişləndirib.
7. Pol Madera
Pol Madera 1999-cu ildə "Meritech" vençur kapitalı şirkətini təsis edib. O, xüsusilə "Facebook"a etdiyi investisiya sayəsində texnologiya sahəsində aparıcı mövqeyini qoruyub saxlayıb. Hazırda "Glaukos" və böyük verilənlər sahəsində fəaliyyət göstərən "DataStax" şirkətlərinə iri həcmli sərmayələri ilə diqqət çəkir.
8. Nil Şen
Nil Şen Çində fəaliyyət göstərən "Sequoia Capital"ın idarəedici tərəfdaşıdır. O, daha çox səyahət şirkəti olan "Ctrip.com"un həmtəsisçisi və prezidenti kimi tanınır. Texnologiya investisiyalarından əlavə, o, otellər şəbəkəsinin idarə olunması ilə də məşğuldur.
9. Bill Qerli
Bill Qerli uzun illərdir ki, nüfuzlu vençur kapitalı şirkəti "Benchmark"da fəaliyyət göstərir. Bu şirkət bir çox tanınmış texnologiya layihələrinə investisiya edib. Bundan əlavə, Qerli "Nextdoor" şirkətinin idarə heyətinin üzvüdür. Təcrübəli investor kimi o, daim yeni texnologiya investisiyası imkanlarını araşdırır.
10. Cenni Li
Cenni Li Çində ən nüfuzlu texnologiya investorlarından biri hesab olunur. Hazırda o, "Yudo1", "Chukong Technologies" və "China Talent Group" kimi şirkətlərlə bağlı iri layihələrdə iştirak edir. Reaktiv təyyarə və pilotsuz uçuş aparatları üzrə mühəndis olan Cenni Çin investisiya bazarında 10 milyon ABŞ dolları həcmində maliyyələşdirmə raunduna rəhbərlik edib.
Texnologiya investorları bu sahəyə yönəltdikləri böyük sərmayələr sayəsində dünyada əsl inqilab yaradıblar. Onlar ünsiyyət imkanlarını və insanların həyat tərzini əhəmiyyətli dərəcədə dəyişdiriblər.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTam ştat işləmədən yaşaya biləcəyiniz 11 sərfəli xarici ölkə
04.07.2026Texnologiya sahəsində ən uğurlu 10 investorla tanış olun
04.07.2026Biznesdə fövqəladə hallar planı niyə vacibdir?
04.07.2026Səhmi almalı, satmalı, yoxsa saxlamalı?
04.07.2026İnvestisiyanın qızıl qaydaları
04.07.2026"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək
04.07.2026Bill Qeyts Uorren Baffetdən öyrəndiyi və daha əvvəl bilməyi arzuladığı dərsi bölüşüb
04.07.2026Maaş artımı almaq şansınızı artırmağın yolları
04.07.2026Xaricə qızıl ixracı artıb
04.07.2026Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
04.07.2026Cisco 46% bahalaşıb, Oracle 25% ucuzlaşıb
04.07.2026Micron Yaponiyaya 9,6 milyard dollar yatırır
04.07.2026