Redaktor
Tam ştat işləmədən yaşaya biləcəyiniz 11 sərfəli xarici ölkə
Xaricdə yaşamaq bir çox insan üçün əlçatmaz arzu kimi görünsə də, 2026-cı ildə bəzi ölkələrdə aşağı yaşayış xərcləri sayəsində bu, maliyyə baxımından tamamilə real seçimə çevrilib.
"Forbes" nəşrinin hazırladığı siyahıda tam ştat işləmədən belə rahat həyat sürməyin mümkün olduğu ölkələr yer alıb.
Bu istiqamətlər erkən təqaüdə çıxanlar, məsafədən çalışanlar, frilanserlər və həyat tərzini dəyişmək istəyənlər üçün xüsusilə cəlbedici hesab olunur.
Siyahıya başçılıq edən "Şri-Lanka" tropik iqlimi, müxtəlif təbiəti və aşağı yaşayış xərcləri ilə seçilir.
Ölkədə çimərlik şəhərlərində və ya dağlıq bölgələrdə münasib qiymətə mənzil kirayələmək və sadə həyat tərzi sürmək ABŞ və Avropanın əksər ölkələri ilə müqayisədə xeyli ucuz başa gəlir.
"Vyetnam" da dünyanın ən sərfəli ölkələrindən biri kimi tanınır. Hanoy və Ho Şi Min şəhərlərində küçə yeməklərinin, kirayə mənzillərin və gündəlik xərclərin münasib olması burada yaşayan əcnəbilərin sayını artırır.
"Tailand" uzun illərdir xaricdə yaşamaq istəyənlərin ən populyar seçimlərindən biridir. Çianq May şəhərinin sakit həyatı, tropik adalar, münasib qiymətli qida və yaşayış imkanları, eləcə də uzunmüddətli viza proqramları ölkəni cəlbedici edir.
"Mexika" isə həm böyük şəhərlərdə, həm də sahilyanı bölgələrdə münasib qiymətə yaşamaq imkanı təqdim edir. Mexiko şəhəri, Oaxaka kimi tarixi yaşayış məntəqələri və məşhur kurort zonalarında gündəlik xərclər ABŞ və Kanadadan əhəmiyyətli dərəcədə aşağıdır.
Cənubi Amerikanın ən sərfəli ölkələrindən biri hesab olunan "Ekvador" aşağı kirayə qiymətləri, münasib səhiyyə xidmətləri və inkişaf etmiş əcnəbi icması ilə seçilir. And dağları və Sakit okean sahilləri ölkənin cəlbediciliyini daha da artırır.
"Malayziya" müasir infrastrukturla aşağı yaşayış xərclərini bir araya gətirən ölkələrdəndir. Kuala Lumpur və Corc Taun şəhərlərində keyfiyyətli səhiyyə, müxtəlif qida seçimləri və uzunmüddətli yaşayış üçün əlverişli viza proqramları mövcuddur.
"Kolumbiya" da münasib yaşayış xərcləri ilə diqqət çəkir. Xüsusilə Medellin şəhəri mülayim iqlimi, münasib kirayə bazarı və zəngin mədəni həyatı ilə xaricilər arasında populyardır.
"Kamboca" sakit həyat tərzi və aşağı qiymətləri ilə həm təqaüdçüləri, həm də rəqəmsal köçəriləri cəlb edir. Paytaxt Pnompen və Siem Reap şəhərlərində kirayə, qida və digər gündəlik xidmətlər məhdud büdcə ilə rahat yaşamağa imkan verir.
"Forbes" siyahısında ayrıca qeyd olunan "Penanq" adası "Malayziya"nın ən əlverişli bölgələrindən biri hesab olunur.
Sahil həyatı, inkişaf etmiş infrastruktur, yüksək səviyyəli səhiyyə sistemi və ingilis dilinin geniş yayılması buranı xüsusilə təqaüdçülər üçün cəlbedici edir.
Mərkəzi Amerikanın ən sərfəli istiqamətlərindən biri olan "Nikaraqua" da aşağı mənzil qiymətləri, ucuz ərzaq bazarları və sadə viza prosedurları ilə seçilir.
Ölkənin sakit həyat tərzi və təbii gözəllikləri xaricdə yaşamaq istəyənlər üçün əlavə üstünlüklər yaradır.
Avropada isə ən münasib yaşayış xərclərinə malik ölkələrdən biri "Albaniya" hesab olunur. Mənzil kirayəsinin ucuzluğu, uzunmüddətli qalmaq imkanları və ümumi yaşayış xərclərinin regionun əksər ölkələrindən aşağı olması səbəbindən ölkə son illərdə beynəlxalq diqqət mərkəzinə çevrilib.
Mütəxəssislər bildirirlər ki, tam ştat işləmədən xaricdə yaşamaq hər kəs üçün uyğun seçim olmaya bilər. Bu qərarı verərkən səhiyyə xidmətlərinə çıxış, dil baryeri, yeni mədəniyyətə uyğunlaşma və şəxsi maliyyə planlaması nəzərə alınmalıdır. Bununla belə, düzgün hazırlıq və planlaşdırma ilə dünyanın bir sıra ölkələrində daha az gəlirlə belə rahat və keyfiyyətli həyat sürmək mümkündür.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTam ştat işləmədən yaşaya biləcəyiniz 11 sərfəli xarici ölkə
04.07.2026Texnologiya sahəsində ən uğurlu 10 investorla tanış olun
04.07.2026Biznesdə fövqəladə hallar planı niyə vacibdir?
04.07.2026Səhmi almalı, satmalı, yoxsa saxlamalı?
04.07.2026İnvestisiyanın qızıl qaydaları
04.07.2026"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək
04.07.2026Bill Qeyts Uorren Baffetdən öyrəndiyi və daha əvvəl bilməyi arzuladığı dərsi bölüşüb
04.07.2026Maaş artımı almaq şansınızı artırmağın yolları
04.07.2026Xaricə qızıl ixracı artıb
04.07.2026Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
04.07.2026Cisco 46% bahalaşıb, Oracle 25% ucuzlaşıb
04.07.2026Micron Yaponiyaya 9,6 milyard dollar yatırır
04.07.2026