Bill Qeyts Uorren Baffetdən öyrəndiyi və daha əvvəl bilməyi arzuladığı dərsi bölüşüb

Redaktor

04.07.2026 14:30
182

Bill Qeyts Uorren Baffetdən öyrəndiyi və daha əvvəl bilməyi arzuladığı dərsi bölüşüb

Bir çox insan məhsuldarlıqla bağlı maraqlı bir fərziyyəyə inanır: guya məşğul olmaq məhsuldar olmaq deməkdir, çox məşğul olmaq isə daha məhsuldar olmaq anlamına gəlir. Lakin paradoksal görünsə də, bu həmişə doğru deyil.

ən uğurlu və varlı iş adamlarından biri olan Bill Qeyts də bu dərsi həyatının nisbətən gec mərhələsində öyrənib.

"Bloomberg"ə müsahibəsində Bill Qeyts xatırlayıb ki, bir gün Uorren Baffet ona öz təqvimini göstərib.

Qeyts təqvimin nə qədər boş olduğunu, hətta bəzi günlərdə heç bir planın olmadığını görəndə təəccüblənib. Onun sözlərinə görə, bu hadisə ona göstərib ki, «məşğul olmaq ciddi işləməyin göstəricisi deyil».

Uorren Baffet isə əlavə edib:

«İstədiyim demək olar ki, hər şeyi ala bilərəm, amma vaxtı ala bilmərəm.»

Əsas nəticə budur ki, tədbirlər və görüşlərlə dolu təqvim daha yüksək məhsuldarlıq demək deyil. Bill Qeyts bu yanaşmanı mənimsəyib və ötən il "Threads" platformasında dərc etdiyi paylaşımında da bu mövzuya toxunub.

Aşağıda Uorren Baffetin sadə, lakin təsirli yanaşmasına nəzər salınır.

Bölmələr

Yəqin ki, siz də elə günlər yaşamısınız ki, səhərdən axşama qədər fasiləsiz işləyib, nahara belə vaxt tapmayıb, bir görüşdən digərinə, bir tapşırıqdan başqasına keçmisiniz. Günün sonunda isə hiss etmisiniz ki, əslində vacib heç nəyi başa çatdıra bilməmisiniz.

Təqviminiz tam dolu olub, bütün tapşırıqları yerinə yetirmisiniz, bütün görüşlərdə iştirak etmisiniz. Amma yenə də düşünürsünüz ki, əsl işi görmək üçün sabah daha tez oyanmaq lazımdır.

Bu problemin qarşısını almaq üçün Bill Qeyts sonradan iş vaxtını dörd hissəyə bölən sistem tətbiq edib. "Inc.com"un məlumatına görə, hər bölmə biznes fəaliyyətinin fərqli istiqamətini əhatə edir və ümumi iş vaxtının təxminən 25 faizini təşkil edir. Əgər bölmələrdən biri həddindən artıq dolurdusa, bunu təqvimdə dərhal görür və vaxt bölgüsünü uyğun şəkildə dəyişirdi.

Bu yanaşma məhsuldarlıq üzrə mütəxəssis və "New York Times"ın bestseller müəllifi Rori Veydenin podkastlarından birində «prioritetlərin zəifləməsi» adlandırdığı problemin qarşısını almağa kömək edir.

Bu fenomen əslində təxirəsalmanın gizli formasıdır. İnsan davamlı olaraq daha az əhəmiyyətli, lakin təcili görünən işlərlə məşğul olur və nəticədə uğur gətirən əsas işlərə vaxt ayıra bilmir.

Beləliklə, insan bütün günü problemləri həll etməyə, təqvimdəki sıx qrafikə uyğunlaşmağa sərf edir, lakin aydın məqsədyönlü plan olmadan çalışır. Bu isə uğur qazanmaq üçün zəif strategiya, tükənmişlik yaşamaq üçün isə əlverişli yoldur.

Rənglər

Əgər iş vaxtını bölmələrə ayırmaq sizə uyğun deyilsə, prioritetlərin zəifləməsinin qarşısını almaq və iş gününü daha balanslı təşkil etmək üçün təqvimi rənglərlə kodlaşdırmaq da effektiv üsuldur.

"Clockwise"ın məlumatına görə, rəng psixologiyası baxımından rənglər informasiyanın ötürülməsi, həmçinin insanların əhval-ruhiyyəsinə və davranışına təsir göstərmək baxımından olduqca təsirlidir.

Əhval-ruhiyyəyə təsiri bir yana, rənglərlə kodlaşdırılmış təqvimin böyük üstünlüyü ondan ibarətdir ki, gün və ya həftə ərzində balansın pozulduğunu dərhal görmək mümkündür. Məsələn, təqvimdə qırmızı rəng üstünlük təşkil edirsə, bu, yaşıl rənglə işarələnmiş tapşırıqların diqqətdən kənarda qaldığını göstərə bilər.

Məhsuldarlıq üzrə məşqçi Den Silvestrenin sözlərinə görə, qırmızı rəng diqqəti cəlb edir. Buna görə də onu ən təcili və ən vacib tapşırıqları, yaxud biznesin əsas məqsədləri ilə bağlı mütləq yerinə yetirilməli işləri qeyd etmək üçün istifadə etmək olar.

Mavi rəng isə sakitlik hissi yaradır. Buna görə də onu şəxsi vaxta və ya daha rahat, xoş tapşırıqlara ayırmaq məqsədəuyğundur. Mütəxəssislər yüksək gərginlik yaradan qırmızı bloklar arasında kifayət qədər mavi zaman aralıqları yerləşdirməyi tövsiyə edirlər.

İstər vaxtınızı bölmələr üzrə planlaşdırın, istər rənglərdən istifadə edin, istərsə də öz sisteminizi yaradın, biznes dünyasının ən uğurlu simalarından ikisinin tövsiyələrinə qulaq asmağa dəyər. Bəlkə də indi təqviminizi açıb gələcəkdə daha çox vaxta sahib olmaq üçün əvvəlcə vaxt ayırmağın zamanıdır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tam ştat işləmədən yaşaya biləcəyiniz 11 sərfəli xarici ölkə

04.07.2026

Texnologiya sahəsində ən uğurlu 10 investorla tanış olun

04.07.2026

Biznesdə fövqəladə hallar planı niyə vacibdir?

04.07.2026

Səhmi almalı, satmalı, yoxsa saxlamalı?

04.07.2026

İnvestisiyanın qızıl qaydaları

04.07.2026

"PAŞA Bank" səhmdarlarına 53,5 milyon manat dividend ödəyəcək

04.07.2026

Bill Qeyts Uorren Baffetdən öyrəndiyi və daha əvvəl bilməyi arzuladığı dərsi bölüşüb

04.07.2026

Maaş artımı almaq şansınızı artırmağın yolları

04.07.2026

Xaricə qızıl ixracı artıb

04.07.2026

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

04.07.2026

Cisco 46% bahalaşıb, Oracle 25% ucuzlaşıb

04.07.2026

Micron Yaponiyaya 9,6 milyard dollar yatırır

04.07.2026
Jurnaldan kosmosa: Riçard Branson dünyanın ən fərqli biznes imperiyasını necə qurdu?

Jurnaldan kosmosa: Riçard Branson dünyanın ən fərqli biznes imperiyasını necə qurdu?

04.07.2026

Süni intellekt nəhəngləri hökumətlərə tərəfdaşlığa hazırlaşır?

03.07.2026

Zəngilan kəndində tikinti işlərinə 9 milyon manat ayrılıb

03.07.2026

Kreditin sığortası üzrə ödənişlər 44,1% azalıb

03.07.2026

Azərbaycanda zavod işçilərinə güzəştli səhm satmağa başladı

03.07.2026

Avropada istilərdən yaranan iqtisadi itkilər 5 milyard avroya yaxınlaşdı

03.07.2026

2026-cı ilin ən yaxşı 20 oyunu açıqlandı - SİYAHI

03.07.2026

İnternet balansı dəyişir: "Cloudflare" Al botlarını standart olaraq bloklayacaq

03.07.2026

Məzənnə

Yüklənir...