Redaktor
“Təcili satıram” deyənlərə inanmaq olarmı?
Son illər onlayn platformalarda “təcili satıram” qeydi ilə yerləşdirilən biznes elanlarının artması müşahidə olunur. Bu tip elanlar alıcılar üçün cəlbedici görünsə də, tələsik qərarlar riskli nəticələrə səbəb ola bilər. Belə hallarda potensial investor və ya alıcının əsas məqsədi faktlara əsaslanan yanaşma tətbiq etməklə, biznesin real vəziyyətini obyektiv qiymətləndirmək olmalıdır. Satışın səbəbləri, maliyyə göstəriciləri, müştəri bazası və hüquqi vəziyyət kimi məsələlərin aydınlaşdırılması, mümkün risklərin öncədən müəyyənləşdirilməsinə imkan verir.
"Təcili satıram" tipli biznes satışlarında hansı suallar mütləq verilməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova bildirib ki, “Təcili satıram” qeydi ilə təqdim olunan biznes elanları ilk baxışda cəlbedici təsir bağışlasa da, bu cür satışlara ehtiyatla yanaşmaq vacibdir:
"Emosional qərarlar əvəzinə düzgün suallar vermək, risklərin azaldılmasına və obyektiv dəyərin müəyyənləşdirilməsinə kömək edir. Əvvəlcə satışın səbəbi dəqiqləşdirilməlidir. Bəzən biznes şəxsi səbəblərə görə satışa çıxarıla bilər. Lakin səbəb gəlirin azalması, xərclərin artması və ya bazar payının itirilməsi ilə bağlıdırsa, bu, gələcəkdə risk yarada bilər. Bu səbəbdən, ümumi və qeyri-müəyyən cavablar diqqətlə təhlil olunmalıdır. Növbəti önəmli məqam biznesin maliyyə vəziyyətidir. Aylıq dövriyyə, xalis mənfəət və son dövrlərə dair göstəricilər konkret rəqəmlərlə təqdim edilməlidir. Əgər bu rəqəmlər təqdim olunmursa, bu, biznesin sistemli şəkildə idarə edilmədiyini göstərə bilər".

R.Məmmədova gəlirin mənbələrinin də araşdırılmalı olduğunu vurğulayıb:
"Satışın yalnız bir məhsul və ya kanal üzərindən həyata keçirilməsi biznesin dayanıqlığını azalda bilər. Reklam dayandırıldıqda satışların davam edib-etməməsi, gəlirin sabitliyi və alternativ mənbələrin mövcudluğu dəyərləndirilməlidir. Müştəri bazası da vacib amildir. Müştərilərin kimliyi, təkrar alış faizi və satışların sahibkarın şəxsi əlaqələrinə bağlılığı müəyyən edilməlidir. Əgər biznes əsasən şəxsi əlaqələr üzərində qurulubsa, satıldıqdan sonra dəyər itkisi baş verə bilər. Bundan əlavə, marketinq və satış mexanizmləri, komandanın formalaşması və proseslərin sahibkardan asılılıq səviyyəsi də nəzərə alınmalıdır. Eyni zamanda, hüquqi öhdəliklər, mövcud borclar və aktivlərin hüquqi statusu yoxlanılmadan qərar verilməməlidir. Nəticə etibarilə, “təcili satıram” qeydi ilə təqdim olunan bizneslərə yanaşmada əsas meyar faktlara əsaslanan qərar vermək olmalıdır. Düzgün suallar vasitəsilə risklər minimuma endirilir, real imkanlar isə daha aydın görünür".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb
19.01.2026"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib
19.01.2026Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?
19.01.2026Serbiya Prezidenti Azərbaycana səfər edəcək
19.01.2026"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib
19.01.2026Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək
19.01.2026Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq
19.01.2026Bu sığorta şirkətlərində iş var!
19.01.2026Yeni cərimə gəlir - 2500 manata qədər
19.01.2026Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
19.01.2026Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək
19.01.2026Ödənişli yolda sürət həddi bu qədər olacaq
19.01.2026
“Təcili satıram” deyənlərə inanmaq olarmı?
19.01.2026Nazir generalın yerinə onu təyin etdi
19.01.2026Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
19.01.2026Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb
19.01.2026Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb
19.01.2026
10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”
19.01.2026"Qoç ət" Məhəmməd Quliyevdən şikayət etdi - SƏBƏB
19.01.2026