Redaktor
İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb
Süni intellektdən tutmuş telekommunikasiya və yarımkeçirici texnologiyalarına qədər Avropa texnologiya sektoru 2025-ci ildə böyük investisiya axınına şahid olub.
Valyuta.az xəbər verir ki, Avropa & Türkiyə Texnologiya və İnvestisiya Hesabatı 2025-ə əsasən, ötən il Avropa texnologiya şirkətləri ümumilikdə 72 milyard avro həcmində investisiya cəlb edib. İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb və bu göstərici 2025-ci ili son üç ilin ən güclü ikinci ili edib.
2025-ci ildə investisiyalar daha çox strateji, seçici və infrastruktur yönümlü olub. Xüsusilə süni intellekt, fiber-optik şəbəkələr, data mərkəzləri və yarımkeçirici istehsalı investorların diqqət mərkəzində yer alıb.
Aşağıda 2025-ci ildə Avropada ən çox investisiya alan 10 texnologiya şirkəti təqdim olunur:
1. CityFibre (Böyük Britaniya)
Cəlb olunan investisiya: 2,3 milyard funt sterlinq
Böyük Britaniyanın aparıcı tam fiber internet şəbəkəsi operatorlarından olan "CityFibre" ölkə üzrə gigabit sürətli internet infrastrukturunun genişləndirilməsi üçün rekord həcmdə maliyyə cəlb edib.

2. Propel Finance (Böyük Britaniya)
Cəlb olunan investisiya: 1,5 milyard funt sterlinq
KOBİ-lər üçün avadanlıq və texnologiya maliyyələşməsi təqdim edən şirkət kredit portfelini genişləndirib.

3. Mistral AI (Fransa)
Cəlb olunan investisiya: 1,7 milyard avro
Süni intellekt və böyük dil modelləri üzərində çalışan "Mistral AI" 2025-ci ildə bazar dəyərini 11,7 milyard avroya yüksəldib.

4. Nscale (Böyük Britaniya)
Cəlb olunan investisiya: 1,53 milyard dollar
AI istiqamətli GPU data mərkəzləri və bulud infrastrukturu quran şirkət qlobal genişlənməni sürətləndirib.

5. Ubisoft (Fransa)
Cəlb olunan investisiya: 1,16 milyard avro
Məşhur oyun seriyaları ilə tanınan "Ubisoft" əsas oyun inkişafı və uzunmüddətli kontent istehsalı üçün maliyyə cəlb edib.

6. Bending Spoons (İtaliya)
Cəlb olunan investisiya: 1,1 milyard avro
İstehlakçı yönümlü proqram təminatları hazırlayan şirkət məhsul portfelini genişləndirib.

7. EcoDataCenter (İsveç)
Cəlb olunan investisiya: 1,05 milyard avro
Bərpa olunan enerji ilə işləyən data mərkəzləri quran şirkət AI və bulud xidmətlərinə artan tələbi qarşılamağı hədəfləyir.

8. FINN (Almaniya)
Cəlb olunan investisiya: 1 milyard avro
Aylıq avtomobil abunə modeli təqdim edən "FINN" beynəlxalq bazarlara çıxışı sürətləndirib.

9. NXP Semiconductors (Hollandiya)
Cəlb olunan investisiya: 1 milyard avro
Avtomobil və IoT sahəsi üçün yarımkeçiricilər istehsal edən şirkət AR-GE və istehsal gücünü artırıb.

10. Grammarly (Ukrayna)
Cəlb olunan investisiya: 1 milyard dollar
Süni intellekt əsaslı yazı köməkçisi olan "Grammarly" istifadəçi bazasını və məhsuldarlıq platformasını genişləndirib.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Azərbaycanın dövlət büdcəsində ötən il 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bu yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026