Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

Redaktor

19.01.2026 11:15
101

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir".

Valyuta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır:

"Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək. Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək".

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb

19.01.2026

"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib

19.01.2026

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?

19.01.2026

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

19.01.2026

"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib

19.01.2026

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19.01.2026

Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq

19.01.2026

Bu sığorta şirkətlərində iş var!

19.01.2026

Yeni cərimə gəlir - 2500 manata qədər

19.01.2026

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

19.01.2026

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

19.01.2026

Ödənişli yolda sürət həddi bu qədər olacaq

19.01.2026
“Təcili satıram” deyənlərə inanmaq olarmı?

“Təcili satıram” deyənlərə inanmaq olarmı?

19.01.2026

Nazir generalın yerinə onu təyin etdi

19.01.2026

Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı

19.01.2026

Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb

19.01.2026

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb

19.01.2026
10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

10 ildir evdən işləyən marketoloq: “Remote” iş hər kəs üçün uyğun deyil”

19.01.2026

"Qoç ət" Məhəmməd Quliyevdən şikayət etdi - SƏBƏB

19.01.2026
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırdı

"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırdı

19.01.2026

Məzənnə

Yüklənir...