Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb

Redaktor

19.01.2026 10:27
389

Bu investisiya şirkəti ardıcıl ikinci ildir, səhm əməliyyatı aparmayıb

“MFX-Trading İnvestisiya Şirkəti”də birja dövriyyəsi azalan 4 investisiya şirkətlərindən biri olub.

Valyuta.az xəbər verir ki, şirkət 2025-ci ilin yanvar-dekabr aylarında Bakı Fond Birjasında ümumilikdə 78 əqd üzrə 197 milyon 891 min 264 manatlıq əməliyyat həyata keçirib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,72% və ya 347 milyon 583 min 436 manat azalma deməkdir.

Xatırladaq ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkət 349 əqd üzrə ümumilikdə 545 milyon 474 min 700 manatlıq dövriyyə formalaşdırmışdı.

Hazırkı statistikaya görə, “MFX-Trading”in bir əqd üzrə orta əməliyyat dəyəri 2 milyon 537 min 64 manat təşkil edib. Bu isə illik müqayisədə 62,3%-lik artıma bərabərdir.

Portfel strukturu baxımından, şirkətin əsas fəaliyyəti repo əməliyyatları və Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) qiymətli kağızları ilə aparılıb. Belə ki, ümumi dövriyyənin 98,8 milyon manatı repo, 60,7 milyon manatı isə ARMB kağızlarının payına düşüb. Korporativ istiqrazlar 774,8 min manat, dövlət istiqrazları isə 37,7 milyon manat həcmində olub.

Qeyd edək ki, “MFX-Trading” bu il də ötən ildə olduğu kimi səhmlərlə bağlı heç bir əməliyyat aparmayıb. Son statistikaya əsasən, şirkət dövriyyəsi ən çox azalan dördüncü investisiya qurumu kimi qeydə alınıb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Məzənnə

Yüklənir...