Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”

Redaktor

19.01.2026 13:40
503

Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”

Milyarderlərin pulla necə davrandığı ilə bağlı nümayişkaranə paylaşımları görməyən demək olar ki, yoxdur. Bu paylaşımlar insanda bəzən heyrət, bəzən də “bu, mənlik deyil” reaksiyası doğurur.

“Fortune” nəşrinin məlumatına görə, hazırda ABŞ-da 900-dən çox milyarder var. Lakin gerçək budur ki, milyonlarla vəsaitə sahib olan şəxslər üçün keçərli olan maliyyə məsləhətləri əksər insanın gündəlik həyatına uyğun gəlmir. Çoxumuz özəl sərmayə müqavilələri və çoxmilyonluq əmlaklarla yox, hesab-fakturalar, büdcə planlaması və gələcək üçün yığım ilə məşğuluq.

Valyuta.az aşağıda milyarderlərin pul qaydalarının niyə adi insanlar üçün keçərli olmadığının əsas səbəbləri təqdim olunur.

Milyarderlərin məsləhətləri reallıqdan uzaqdır

Sertifikatlı auditor və “Smithii Tools”un aparıcı eksperti Kevin Marşal bildirir ki, milyarderlərin pul ilə bağlı tövsiyələri real həyatla uyğunlaşmır. O deyir: “Milyarderlərin maliyyə qaydaları əhalinin orta təbəqəsinin gündəlik ehtiyacları ilə uzlaşmır. Mən işimin çox hissəsini insanlara büdcə idarəsi, vergi planlaması və pul axınının yaxşılaşdırılması ilə bağlı kömək etməyə sərf edirəm.”

Onun sözlərinə görə, zənginlərin təklif etdiyi maliyyə strategiyalarını tətbiq etmək üçün əksər insanlarda yetərli resurs yoxdur.

“Xərcləmə” məsləhəti gündəlik ehtiyaclara uyğun deyil

Marşal qeyd edir ki, var-dövlət toplamış şəxslər tez-tez dəyərini itirən şeylərə pul xərcləməməyi tövsiyə edirlər. “O fikir yalnız o zaman məntiqli görünür ki, bir neçə əmlakınız və geniş sərmayə portfeliniz olsun,” – deyə o bildirir.

Adi insanlar isə işləmək və yaşamaq üçün avtomobil, telefon və mebel kimi əşyalara ehtiyac duyurlar. Zənginlər üçün isə yalnız özəl sərmayə müqavilələri sərfəlidir və burada milyonlarla dollar itirmək riski var.

“Əksər insanlar bu cür maliyyə azadlığına sahib deyillər. Maliyyə baxımından uğur qazanmaq istəyən bir insanın bu səviyyədə var-dövlətə ehtiyacı yoxdur,” – deyə Marşal əlavə edir.

Maliyyə sabitliyi oyun qaydalarını dəyişir

Marşal bildirir ki, milyarderlər artıq kifayət qədər pula sahib olduqları üçün maliyyə sabitliyinə malikdirlər. Onun sözlərinə görə, onların gündəlik xərcləmələri ilə gəlir əldə etmə üsulları bir-birindən tamamilə ayrıdır. Maliyyə mexanizmləri zəngin ailələrdə, gəlir əldə edib xərclər və yığım arasında balans yaratmağa çalışan ailələrə nisbətən tam fərqlidir.

Həddindən artıq qənaət yeganə ağıllı yol deyil

Marşal bəzi insanların həddindən artıq qənaətcil həyat tərzini – köhnə maşın sürmək, hər gün eyni geyim geyinmək, çöldə qəhvə və yemək almamaq – təqdir etdiyini vurğulasa da, adi insanlara bu üsullardan uzaq durmağı tövsiyə edir.

“Pul idarəsi ilə bağlı ağıllı yanaşma həm həyatın dadını çıxarmağa, həm də maliyyə vəsaitlərini düzgün idarə etməyə imkan verməlidir,” – deyə o bildirib.

Onun tövsiyələrinə əsasən, xərclərin izlənilməsi, avtomatik yığım və borcların idarəsi kimi sadə addımlar uzunmüddətli böyük faydalar verə bilər.

“Kiçik addımlar insanın həyatını tamamilə dəyişdirə bilər,” – Marşal belə yekunlaşdırır.

Başqasının həyat tərzini təqlid etmək var-dövlət gətirmir

Marşal bildirir: “Uğurlu insanların həyat tərzini təqlid etmək yalnız sizi narazı edəcək.” Əvəzində isə insanın öz maliyyə inkişafı onun pullarını necə idarə etməsindən asılıdır, başqalarının statusundan yox.

“Siz öz maddi vəziyyətinizi düzgün dəyərləndirdiyiniz zaman, imkanlarınızı aşan bir həyat tərzinə uyğunlaşmağa çalışmazsınız,” – deyə o əlavə edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Məzənnə

Yüklənir...