Süni intellekt, yoxsa insan: Enerji səmərəliliyində kim öndədir?

Redaktor

24.02.2026 17:55
31

Süni intellekt, yoxsa insan: Enerji səmərəliliyində kim öndədir?

Süni intellektin dünyanı ələ keçirib-keçirməyəcəyi ilə bağlı müzakirələr bir kənara, texnologiya gündəminin əsas mövzusu bu böyük sistemlərin nə qədər resurs sərf etməsidir. "OpenAI"ın baş direktoru Sem Altman Hindistanda qatıldığı sammitdə bununla bağlı diqqətçəkən açıqlamalar verib.

Valyuta.az xəbər verir ki, Altman xüsusilə ChatGPT-nin su və enerji sərfiyyatı ilə bağlı internetdə dolaşan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, tənqidlərə cavab olaraq maraqlı müqayisə irəli sürüb: "İnsan beynini yetişdirmək nə qədər enerji tələb edir?"

Altman hər bir süni intellekt sorğusunun litrlərlə su sərf etməsi barədə iddiaları “tamamilə uydurma” və “reallıqdan uzaq” adlandırıb. Onun sözlərinə görə, əvvəllər məlumat mərkəzlərinin soyudulmasında buxarlandırma üsulundan istifadə olunsa da, hazırda sistemlər dəyişib və bu cür rəqəmlərin elmi əsası yoxdur.

Enerji istehlakı ilə bağlı narahatlıqlarda müəyyən həqiqət payı olduğunu qəbul edən Altman vurğulayıb ki, diqqət ayrı-ayrı sorğulara deyil, ümumi istehlaka yönəlməlidir. Onun fikrincə, dünyada süni intellektdən istifadə sürətlə artır və çıxış yolu nüvə enerjisinə, eləcə də külək və günəş kimi bərpa olunan mənbələrə daha sürətli keçiddədir.

İnsan daha səmərəlidir, yoxsa süni intellekt?

Müzakirənin ən diqqətçəkən hissəsi Altmanın insan inkişafı ilə süni intellektin təlim prosesini müqayisə etməsi olub. Bir sorğunun enerji dəyərini Bill Qeytslə söhbətdə səsləndirilən “1,5 "iPhone" batareyası” bənzətməsi ilə qiymətləndirənlərə Altman sərt reaksiya verib.

O, süni intellekt modellərinin öyrədilməsi xərci ilə bir insanın sadə suala cavab verməsi zamanı sərf etdiyi enerjinin müqayisəsini ədalətsiz hesab edir. Altmanın sözlərinə görə, bir insanın “ağıllı” səviyyəyə çatması üçün təxminən 20 il yaşaması, təhsil alması, qidalanması və böyük həcmdə enerji sərf etməsi tələb olunur. Bundan əlavə, bu gün mövcud olan bilik bazasının arxasında yüz milyardlarla insanın minilliklər boyu davam edən təkamülü və elmi kəşfləri dayanır.

Altman hesab edir ki, ədalətli müqayisə üçün təlimini tamamlamış bir süni intellekt modeli ilə yetkin bir insanın konkret suala cavab verərkən sərf etdiyi enerji müqayisə olunmalıdır. Bu baxımdan o iddia edir ki, enerji səmərəliliyi məsələsində süni intellekt artıq insanla eyni səviyyəyə çatmış ola bilər.

Texnologiya şirkətlərinin su və enerji istifadəsi barədə detalları açıqlamaq öhdəliyi olmadığı üçün alimlər bu göstəriciləri kənardan təxmin etməyə çalışırlar. Məlumat mərkəzlərinin elektrik qiymətlərinə və yerli resurslara təsiri isə müzakirələrin uzun müddət davam edəcəyini göstərir.

Altmanın mövqeyi isə aydındır: gələcək süni intellektin məhdudlaşdırılmasında deyil, enerji istehsalının köklü şəkildə transformasiyasında gizlidir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Həbs edilən Aslan Əliyevin dövlətə milyonlarla borcu var - FOTO

24.02.2026

Dubaydan gələn biznesmen Bakıda tutuldu: 144 minlik qızıl, 56 min cərimə

24.02.2026

Bahalı, amma cəlbedici: Dünyanın ən populyar status avtomobili seçildi - TOP-10

24.02.2026

Stiv Cobs vacib görüşdən əvvəl "Porsche"sini niyə tələsik gizlətməli olub?

24.02.2026

Süni intellekt, yoxsa insan: Enerji səmərəliliyində kim öndədir?

24.02.2026

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı ®

24.02.2026

"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi

24.02.2026

Azərbaycanın xurma ixracı 15,6% artıb

24.02.2026

Alman avtomobil nəhəngləri iflasa uğraya bilər

24.02.2026

KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradıldı

24.02.2026

İT layihələri necə uğurla idarə olunur? - mövzusunda seminar keçirildi

24.02.2026

İcra hakimiyyətində 43 nəfər işdən çıxarıldı

24.02.2026

Satıcı “Qiymət bazara uyğundur” deyir, müştəri yenə imtina edir...

24.02.2026

Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir

24.02.2026

"Bitcoin" 60 min dollara yaxınlaşır - İri kripto şirkəti milyardlarla dollar zərərdədir

24.02.2026

Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün üsullar

24.02.2026

Bakıda ən ucuz torpaq sahələri 4 qəsəbədədir

24.02.2026

“Qala Sığorta”nın səhmdarı olan şirkətin idarə heyətində yeni TƏYİNAT - FOTO

24.02.2026

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

24.02.2026
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov

"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov

24.02.2026

Məzənnə

Yüklənir...