Redaktor
“Qala Sığorta”nın səhmdarı olan şirkətin idarə heyətində yeni TƏYİNAT - FOTO
“AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədrinə müavin təyin edilib.
Valyuta.az xəbər verir ki, bu vəzifəyə Tural Qasımov gətirilib.
Tural Qasımov son illərdə yeni vəzifəyə təyin olduğu şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, son 3 il ərzində “AzRe”də Baş direktor müavini olub. Eyni zamanda 2024-2025-ci illərdə Baş kommersiya direktoru, 2023-2024-cü illərdə isə Beynəlxalq bazarlar üzrə rəhbər və İdarə Heyətinin üzvü vəzifələrini icra edib.
Bundan əvvəl Tural Qasımov 10 il müddətində “Türker Re” şirkətində fəaliyyət göstərib. O, 2013-2023-cü illərdə Regional direktor, 2013-2021-ci illərdə isə İdarəedici direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, Tural Qasımov ali təhsilini biznesin idarəedilməsi ixtisası üzrə Qərb Universitetində (2001-2005), magistr təhsilini isə maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (2005-2007) alıb.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
24.02.2026"Bitcoin" 60 min dollara yaxınlaşır - İri kripto şirkəti milyardlarla dollar zərərdədir
24.02.2026Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün üsullar
24.02.2026Bakıda ən ucuz torpaq sahələri 4 qəsəbədədir
24.02.2026“Qala Sığorta”nın səhmdarı olan şirkətin idarə heyətində yeni TƏYİNAT - FOTO
24.02.2026Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
24.02.2026
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov
24.02.2026"Amazon"dan məlumat mərkəzlərinə 12 milyard dollar investisiya
24.02.2026