Redaktor
"Bitcoin" 60 min dollara yaxınlaşır - İri kripto şirkəti milyardlarla dollar zərərdədir
Geosiyasi gərginlik fonunda kripto bazarında eniş davam edir.
Valyuta.az xəbər verir ki, bazar günü 68 min dolların üzərində olan "Bitcoin" son enişlərlə 63 min dolların altına düşüb və yenidən 60 min dollar səviyyəsinə yaxınlaşıb.
Bu geriləmə xüsusilə kriptovalyutaları balansında saxlayan iri “xəzinə” şirkətlərinə ciddi təsir göstərib.
Ən böyük iki kripto xəzinə şirkəti - "Strategy" və "Bitmine" hazırda milyardlarla dollar həcmində reallaşmamış zərər açıqlayır.
Məlumata görə, "Strategy" təxminən 9 milyard dollar, "Bitmine" isə 8,4 milyard dollar zərərdədir.
Buna baxmayaraq, hər iki şirkət kriptovalyuta alışlarını davam etdirir. "Strategy" son olaraq 592 ədəd BTC, "Bitmine" isə 51 min ədəd ETH alıb.
Digər kripto xəzinə şirkətlərində də səhmlər kəskin ucuzlaşıb. Məsələn, "Nakamoto" şirkətinin səhmləri 98%, Sol Strategies isə 10 dollardan 1,2 dollara qədər geriləyib.
Beləliklə, "Bitcoin"in 60 min dollara doğru hərəkəti fonunda kripto xəzinə modeli ilə fəaliyyət göstərən şirkətlər ciddi maliyyə təzyiqi ilə üzləşməkdə davam edir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradıldı
24.02.2026İT layihələri necə uğurla idarə olunur? - mövzusunda seminar keçirildi
24.02.2026İcra hakimiyyətində 43 nəfər işdən çıxarıldı
24.02.2026Satıcı “Qiymət bazara uyğundur” deyir, müştəri yenə imtina edir...
24.02.2026Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
24.02.2026"Bitcoin" 60 min dollara yaxınlaşır - İri kripto şirkəti milyardlarla dollar zərərdədir
24.02.2026Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün üsullar
24.02.2026Bakıda ən ucuz torpaq sahələri 4 qəsəbədədir
24.02.2026“Qala Sığorta”nın səhmdarı olan şirkətin idarə heyətində yeni TƏYİNAT - FOTO
24.02.2026Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
24.02.2026
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov
24.02.2026"Amazon"dan məlumat mərkəzlərinə 12 milyard dollar investisiya
24.02.2026