KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradıldı

Redaktor

24.02.2026 16:35
28

KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradıldı

Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Valyuta.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

üç ay müddətində:

- Agentliyin əsasnaməsinin və strukturunun layihəsi;

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

doqquz ay müddətində:

- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri;

- qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi;

Bundan başqa, hökumət fərmanda göstərilən publik hüquqi şəxslərin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli, "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, Agentliyin işçilərinin fərmanda göstərilən publik hüquqi şəxslərin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görməli, gentliyin fəaliyyətinin maliyyələşdirilməsinə dair məsələləri bir ay müddətində həll etməli, Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, habelə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsini, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etməli və bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, fərmanda göstərilən publik hüquqi şəxslər öz fəaliyyətlərini davam etdirirlər.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı ®

24.02.2026

"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" dəyişdi - QƏRAR

24.02.2026

Azərbaycanın xurma ixracı 15,6% artıb

24.02.2026

Alman avtomobil nəhəngi iflasa uğraya bilər

24.02.2026

KOBİA və AZPROMO-nun əsasında yeni Agentlik yaradıldı

24.02.2026

İT layihələri necə uğurla idarə olunur? - mövzusunda seminar keçirildi

24.02.2026

İcra hakimiyyətində 43 nəfər işdən çıxarıldı

24.02.2026

Satıcı “Qiymət bazara uyğundur” deyir, müştəri yenə imtina edir...

24.02.2026

Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir

24.02.2026

"Bitcoin" 60 min dollara yaxınlaşır - İri kripto şirkəti milyardlarla dollar zərərdədir

24.02.2026

Qızılın saxta və keyfiyyətsiz olduğunu müəyyən etmək üçün üsullar

24.02.2026

Bakıda ən ucuz torpaq sahələri 4 qəsəbədədir

24.02.2026

“Qala Sığorta”nın səhmdarı olan şirkətin idarə heyətində yeni TƏYİNAT - FOTO

24.02.2026

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

24.02.2026
"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov

"Azərbaycanda startap qurarkən mütləq nəzərə almaq lazımdır ki..."- Nicat Manafov

24.02.2026

"Amazon"dan məlumat mərkəzlərinə 12 milyard dollar investisiya

24.02.2026
Həm işsiz, həm vakansiya lideri olan bölgələr

Həm işsiz, həm vakansiya lideri olan bölgələr - CƏDVƏL

24.02.2026

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənd məktəbindən Çinə getmək asan deyil"

24.02.2026

Sabahın hava proqnozu

24.02.2026

“CFI Financial İnvestisiya”da Müşahidə Şurasından iki üzv pay alıb

24.02.2026

Məzənnə

Yüklənir...