Startap qurmaq Azərbaycanda gənclərin işə qəbulunu asanlaşdırır?

Redaktor

03.12.2025 12:00
468

Startap qurmaq Azərbaycanda gənclərin işə qəbulunu asanlaşdırır?

Qlobal təcrübədə böyük şirkətlərdə çalışanlar zamanla korporativ sektordan ayrılaraq öz startaplarını qurur və müəyyən müddət bu sahədə fəaliyyət göstərirlər. Daha sonra yenidən qlobal şirkətlərdə işləmək istədikdə isə bu şəxslərin qurduqları startaplar və biznes cəhdləri işəgötürənlər tərəfindən müsbət qarşılanır.

Bəs Azərbaycanda şəxsin qurduğu startap və ya biznes təşəbbüsü işə qəbul zamanı ona nə dərəcədə kömək edir? İşəgötürənlər bu təcrübəni - yəni namizədin startap qurmuş olması və biznes cəhdlərini nəzərə alırmı?

Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, öz şirkətini qurmuş şəxslər işə qəbul prosesində, hətta uğursuz olmuş olsalar belə, ağıllı biznesmenlər tərəfindən dəyərli namizəd kimi qiymətləndirilir:

"Çünki bu insanlar ciddi risklərə girərək mühüm təcrübə qazanırlar. Onların düşüncə tərzindən və riskə meyilliliyindən faydalanmaq, şirkətlərin inkişafına müsbət təsir göstərə bilər. Təəssüf ki, Azərbaycanda təşəbbüskar namizədlərə münasibət bəzən ehtiyatla olur. Bəzi işəgötürənlər bu şəxslərin gələcəkdə işdən ayrılıb öz bizneslərini qurmaq ehtimalını risk kimi dəyərləndirirlər. Bu səbəbdən təşəbbüskar təcrübəyə malik namizədlərə müəyyən məsafədən yanaşılır. Bu tendensiya yalnız kiçik sahibkarlıq subyektlərində deyil, iri korporativ strukturlarda da müşahidə olunur. Startap təcrübəsi olan şəxslərlə apardığımız söhbətlər göstərir ki, işə qayıtmaq istədikdə onlar bəzən neqativ yanaşmalarla qarşılaşırlar. Şirkətlər belə namizədlərin ideya oğurlayacağı və ya maaşlı əməkdaş olaraq gözlənilən performansı göstərməyəcəyi qənaətində ola bilirlər. Nəticədə, bu şəxsləri işə qəbul etməkdə tərəddüdlər yaranır".

İnsan Resursları üzrə mütəxəsis Ayşən Həmidsoy isə qlobal təcrübədə startap yaratmaq namizəd üçün ciddi üstünlük hesab olunduğunu qeyd edib: 

"Bu proses liderlik, çeviklik, məsuliyyət və problem həll etmə bacarıqlarının inkişafına töhfə verir. Azərbaycanda ənənəvi şirkətlər hələ də korporativ təcrübəni üstün tutsalar da, son illərdə innovasiyaya açıq və nəticəyə yönəlmiş müəssisələr startap təcrübəsini müsbət göstərici kimi dəyərləndirirlər. Bu, namizədin təşəbbüskar və geniş dünyagörüşünə malik olduğunu göstərir. Startap fəaliyyəti və biznes təşəbbüsləri ölkəmizdə də işə qəbul zamanı nəzərə alınır. Düzgün şəkildə təqdim olunduqda bu təcrübə namizədə əlavə üstünlük qazandıra bilər".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

Məzənnə

Yüklənir...