SSRİ dövründə tikilən evlər yeni qaydada sənədləşdiriləcək

Redaktor

16.07.2025 19:21
267

SSRİ dövründə tikilən evlər yeni qaydada sənədləşdiriləcək

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün tələb olunan sənədlərin əhatə dairəsi genişləndirilir.

Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

Aşağıdakı sənədlər də tələb olunacaq:

- yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla);”;

-Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər:

- şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr;”;

- 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar;

- yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

- yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;”;

- sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış;

- yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;

-yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə sazişi imzalayıb.” ®

18.06.2026

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

18.06.2026

Azərbaycan nefti cüzi ucuzlaşdı

18.06.2026

Banklar avtokredit üçün nə qədər ilkin ödəniş tələb edir? - CƏDVƏL

18.06.2026

Prezident İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir

18.06.2026
"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

"Pis rəhbər işçinin karyerasını məhv edə bilər"

18.06.2026
Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

Popkorn əvvəl qapıdan qovuldu, sonra kinonun simvoluna çevrildi

18.06.2026

FES baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb

17.06.2026

"Citigroup" Trampın hesabları ilə bağlı qanunsuz işdən çıxarmada ittiham olunur

17.06.2026

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Məzənnə

Yüklənir...