Siz yorğun deyilsiniz, iş yerinizlə şəxsi dəyərləriniz üst-üstə düşmür

Redaktor

12.02.2026 09:07
130

Siz yorğun deyilsiniz, iş yerinizlə şəxsi dəyərləriniz üst-üstə düşmür

İşçilərin gündəlik ünsiyyətdə ən çox işlətdiyi ifadələrdən biri də “yorulmuşam” sözüdür. Maraqlıdır ki, bu ifadəni həm iş vaxtını işinə düzgün bölə bilən, həm də bunu bacarmayan işçilərdən eşitmək mümkündür. Maraqlıdır ki, işçiləri işin özündən savayı ən çox yoran nədir?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, işçiləri ən çox yoran əsas amil gözləntilərin qeyri-müəyyənliyi və xaosun içində olmaqdır.

Onun sözlərinə görə, bu vəziyyət əsasən vəzifə təlimatlarının və iş öhdəliklərinin düzgün və dəqiq yazılmaması ilə bağlı olur: “İşçi işə başlayanda bilməlidir ki, gün ərzində ondan konkret olaraq nə tələb olunur. Əgər vəzifə təlimatlarında bu açıq göstərilmirsə, işçi gün boyu qeyri-müəyyənlik içində qalır. Düşünür ki, görəsən məndən gün ərzində daha nə gözləyəcəklər, işi bitirə biləcəm, yoxsa iş vaxtının sonuna beş dəqiqə qalmış əlavə tapşırıq veriləcək? Halbuki işlər standart və əvvəlcədən müəyyən olunanda, işçi gününü planlaya bilir və psixoloji gərginlik yaşamır".

A.Həsənov bildirir ki, mikromenecment də işçiləri ən çox yoran amillərdən biridir: "Rəhbərliyin hər detal üzərində birbaşa və davamlı nəzarət aparması, işçilərin geyimi, davranışı, bir dəqiqəlik gecikmələrinə qədər müdaxilə etməsi iş mühitində narahatlıq yaradır. Eyni zamanda, bu sahə üzrə məsul lider və ya menecerin təyin edilməməsi də problemi dərinləşdirir. Bu cür hallarda işçi düşünür ki, ona etibar edilmir. Daim nəzarət altında olduğunu hiss edən işçi diqqətini əsas vəzifələrindən yayındırır, davranışlarına, ünsiyyətinə fokuslanır. Nəticədə isə öhdəliyinə düşən işi tam və keyfiyyətli yerinə yetirə bilmir”.

Ekspertin fikrincə, qruplaşmalar və toksik iş mühiti də işçiləri ciddi şəkildə yorur. Belə mühitlərdə işçi artıq işinə deyil, kollektivdaxili münasibətlərə fokuslanır: “Mənim haqqımda nə dedilər?”, “Bu sözü desəm necə qəbul edərlər?”, “Kim kimə qarşıdır?” kimi suallar bütün enerjini alır və işçi işi görmədən yorulmağa başlayır.

Digər mühüm məqam isə dəyərləndirilməmək hissidir. Təşəkkürlərin, bonusların və mükafatların olmaması işçinin motivasiyasını azaldır. İşçi aylarla standart şəkildə çalışır, lakin qarşılığında yalnız standart maaş alırsa, zamanla işə marağını itirir. Halbuki görülən işlərə dəyər verilməsi, kiçik təşəkkür və təşviqlər belə işçinin motivasiyasını əhəmiyyətli dərəcədə artırır", - deyə o əlavə edib.

Ekspert sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayır: “Sosial mediada rəqib şirkətlərdə çalışan işçilərin daim xoşbəxt, gülərüz və ideal iş mühitində olduqlarını görən işçi özünü müqayisə etməyə başlayır. Tanınmadığını və dəyər görmədiyini düşünərək, daha "xoş" mühit axtarışına çıxır”.

A.Həsənovun fikrincə, işçi hər zaman şirkəti dəyişə bilməsə də, öz sərhədlərini müəyyən edə bilər: "İş vaxtından sonra mesajlara cavab verməmək, yalnız ən vacib hallarda ünsiyyətə açıq olduğunu bildirmək, vaxtını düzgün idarə etməyi öyrənmək bu baxımdan vacibdir. İşçi gün ərzində iş və fasilə vaxtını planlaşdırmalı, tapşırıqları prioritetlərə bölməlidir. Vacib işlər ön planda olmalıdır".

Ən əsası isə işçi anlamalıdır ki, onun yorulmasının əsas səbəbi bacarıqsızlıq və ya özünü idarə edə bilməmək deyil. Sadəcə olaraq, onun şəxsi dəyərləri ilə işlədiyi mühitin dəyərləri üst-üstə düşmür və bu uyğunsuzluq narazılıq yaradır”, - deyə ekspert vurğulayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

12.02.2026

Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb

12.02.2026

Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu

12.02.2026

Ötən il dərman istehsalı 7 milyondan çox artıb

12.02.2026

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12.02.2026

DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı

12.02.2026

Sabah temperatur 18 dərəcəyədək yüksələcək

12.02.2026

"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi

12.02.2026

Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb

12.02.2026

Agentlik 9 milyona hazır yeməklər alacaq

12.02.2026
"Region və paytaxt arasında maaş fərqinin səbəbi var"

"Region və paytaxt arasında maaş fərqinin səbəbi var"

12.02.2026

Bakının bu ərazisindəki evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?

12.02.2026

Mərkəzi Bank Elektron Pul Təşkilatına icrası məcburi göstərişlər verdi

12.02.2026

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası ®

12.02.2026

“Capital Partners”in biznes itkiləri 36 milyon manata yaxınlaşıb

12.02.2026

3 gün ardıcıl iş olmayacaq

12.02.2026

Azərbaycanda pensiya kapitalı da indeksləşdirildi

12.02.2026
Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

12.02.2026

Qızılın qiyməti 5 min dollara düşüb

12.02.2026

Azərbaycan nefti cüzi bahalaşıb

12.02.2026

Məzənnə

Yüklənir...