Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası

Redaktor

12.02.2026 11:25
107

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası ®

Türkiyənin aparıcı moda brendlərindən olan Trendyolmilla Türkiyədə e-ticarətin dəb sektorunda ilk dəfə ekoloji davamlı (regenerativ) pambıqdan hazırlanan cins kolleksiyasını təqdim edir. Yeni kolleksiya torpağı bərpa edən, biomüxtəlifliyi artıran ekoloji davamlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən regenerativ pambıqdan hazırlanıb. 

Regenerativ pambıq yetişdirilmisində kimyəvi gübrələr minimum səviyyədə istifadə olunub, pambıq daha az sudan istifadə etməklə yetişdirilib və istehsal prosesində enerji sərfiyyatı azaldılıb. Eyni zamanda, biomüxtəlifliyin artımına töhfə verilib, bitki örtüyü hesabına torpaqda karbonun saxlanılması gücləndirilib. Bütün bu müsbət təsirlərin birgə nəticəsi olaraq, ümumi karbon emissiyası azaldılıb.

Trendyolmilla 2022-ci ildən başlayaraq hər mövsüm “Trendyol Care” kolleksiyasını  dayanıqlı xammallardan hazırlanan yeni məhsullarla genişləndirir. Təkrar emal edilmiş liflər, ekoloji davamlı parçalar və təbiət dostu xammallarla başlayan dayanıqlılıq təşəbbüsü regenerativ pambıqla yeni mərhələyə başlayıb.

Regenerativ pambıqdan hazırlanan cins kolleksiyası layihəsi 70 illik cins parça istehsalçısı Bossa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. 

“Trendyol Care” kolleksiyamızdakı regenerativ pambıqdan hazırlanan yeni dizaynlarımız həm estetik gözəlliyi ön plana çıxarır, həm də təbiətə olan diqqətimizi əks etdirir. Yeni kolleksiyamızda qadınlar üçün cins (denim) modellər təqdim olunur. Dayanıqlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən və kimyəvi maddələrin istifadəsi minimuma endirilən bu xüsusi pambıqlar qarderoblarda stil və dayanıqlılığı birləşdirir”, - deyə “Trendyolmilla”nın baş direktoru Sanem Tuna bildirib.

Sanem Tuna dayanıqlı moda sahəsində hər mövsüm böyüdüklərini və son üç ildə dayanıqlı xammaldan hazırlanan məhsulların sayını əhəmiyyətli dərəcədə artırdıqlarını əlavə edib: “2022-ci ildə 74 min, 2023-cü ildə 160 min və 2024-cü ildə 520 min dayanıqlı məhsulu müştərilərimizə təqdim etdik. Bu böyüməni yalnız Türkiyədə deyil, beynəlxalq bazarlarda da davam etdiririk. “Trendyol Care” kolleksiyamız Orta və Şərqi Avropadan Almaniya, Azərbaycan və Körfəz ölkələrinə qədər 25 ölkədə müştərilərə təqdim olunur. Həmçinin, 20-dən çox qlobal platforma vasitəsilə dünyanın dörd bir yanına çatır. Qarşıdakı dövrdə modanın transformasiyaedici gücünü təbiət üçün bərpaedici təsir göstərə biləcək xammallarla inkişaf etdirməyə davam edəcəyik”.

“Bossa’”nın biznesin inkişafı üzrə direktoru Besim Özek qeyd edib ki, regenerativ kənd təsərrüfatı yalnız xammal istehsal texnikası deyil, eyni zamanda torpağı, ekosistemi və bioloji müxtəlifliyi yenidən canlandıraraq planetimizin tarazlığını qoruyan istehsal modelidir: “Önəmli layihənin bir hissəsi olmaq bizi sevindirir. Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübə ilə dayanıqlı istehsala olan öhdəliyimizi bu layihə ilə bir daha göstəririk. Trendyolmilla ilə əməkdaşlığımız, sahəmizdə dönüş nöqtəsi sayılır. Ümid edirik ki, bu transformasiya digər istehsalçılara da ilham verəcək”.

“Trendyolmilla”nın yeni kolleksiyası həm müasir şəhər həyatına uyğun dizaynı, həm də bərpaedici pambıqla təbiətə verdiyi töhfə ilə diqqət çəkir. Torpağın sağlamlığını bərpa edən, biomüxtəlifliyi dəstəkləyən və fermerləri gücləndirən bu xüsusi pambıq Regenagri sertifikatına malikdir.
 
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyasını Trendyol platformasından əldə etmək olar.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər?

12.02.2026

Dövlət büdcəsinin xərcləri bir ay ərzində 7 milyard manatdan çox artıb

12.02.2026

Əvvəl yüksəldi, sonra çökdü: Məşhur bankdan gözlənilməz gümüş proqnozu

12.02.2026

Ötən il dərman istehsalı 7 milyondan çox artıb

12.02.2026

Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12.02.2026

DTX Ramiz Mehdiyev və Abbas Abbasov barəsindəki cinayət işi ilə bağlı detalları açıqladı

12.02.2026

Sabah temperatur 18 dərəcəyədək yüksələcək

12.02.2026

"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad edildi

12.02.2026

Xarici valyutada maliyyə institutlarına verilən kreditlər 6.9 milyon manat azalıb

12.02.2026

Agentlik 9 milyona hazır yeməklər alacaq

12.02.2026
"Region və paytaxt arasında maaş fərqinin səbəbi var"

"Region və paytaxt arasında maaş fərqinin səbəbi var"

12.02.2026

Bakının bu ərazisindəki evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?

12.02.2026

Mərkəzi Bank Elektron Pul Təşkilatına icrası məcburi göstərişlər verdi

12.02.2026

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası ®

12.02.2026

“Capital Partners”in biznes itkiləri 36 milyon manata yaxınlaşıb

12.02.2026

3 gün ardıcıl iş olmayacaq

12.02.2026

Azərbaycanda pensiya kapitalı da indeksləşdirildi

12.02.2026
Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

Banklarımızın marketinq direktorlarını daha yaxından tanıyaq

12.02.2026

Qızılın qiyməti 5 min dollara düşüb

12.02.2026

Azərbaycan nefti cüzi bahalaşıb

12.02.2026

Məzənnə

Yüklənir...