Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qoya bilər? 

Redaktor

02.03.2026 09:30
415

Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qoya bilər? 

Bəzi hallarda işçinin iş yerinə dostu və ya tanışı gəlir və rəhbərlik buna etiraz edərək qonağın başqa yerdə qəbul edilməsini tələb edir. Halbuki tez-tez deyilir ki, işçinin motivasiyası və xoşbəxtliyi də önəmlidir. Bu kimi hallarda şirkət işçinin iş yerində qonaq qəbul etməsinə müdaxilə edə bilərmi? 

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi iş vaxtı ərzində işəgötürənin ona həvalə etdiyi vəzifə və tapşırıqları yerinə yetirməlidir. Onun sözlərinə görə, iş yerinin təşkili və daxili qaydaların müəyyən edilməsi isə işəgötürənin səlahiyyətinə daxildir. Bu münasibətlər qarşılıqlı razılaşma və əmək müqaviləsi çərçivəsində tənzimlənir.

O bildirir ki, işçinin motivasiyası və psixoloji vəziyyəti vacib amildir: "Qısa - məsələn, 5-10 dəqiqəlik bir görüş bəzi hallarda işçinin əhvalını yüksəldə və işə daha motivasiyalı qayıtmasına səbəb ola bilər. Lakin hər görüş müsbət nəticə doğurmur. Mənfi xəbərlər, şəxsi münaqişələr və ya emosional gərginlik iş prosesinə təsir göstərə bilər. Bundan əlavə, iş vaxtı ərzində baş verən hər hansı hadisəyə görə müəyyən hallarda işəgötürənin də hüquqi məsuliyyəti yarana bilər".

Ekspert qeyd edir ki, müasir ofis və biznes mərkəzlərində təhlükəsizlik qaydaları ciddi şəkildə tətbiq olunur: "Xüsusilə plazalarda və qorunan inzibati binalarda kənar şəxslərin girişinə məhdudiyyətlər mövcuddur. Bu, şirkətlərin məxfi məlumatlarının qorunması, kommersiya sirrinin saxlanılması və ümumi təhlükəsizlik məqsədi daşıyır. Maliyyə, hüquq və digər həssas sahələrdə çalışan işçilərin iş vaxtı şəxsi görüşlər keçirməsi xüsusilə arzuolunan deyil. 

İstehsalat və satış sahələrində isə məsələ daha da həssasdır. Məsələn, mağazada dostun yaxınlaşması işçinin diqqətinin yayınmasına və satış göstəricilərinin azalmasına səbəb ola bilər. İstehsalat müəssisələrində isə təhlükəsizlik qaydalarını bilməyən şəxslərin daxil olması qəza riskini artıra bilər. İş yerində qoruyucu vasitələrdən istifadə və təhlükəsizlik qaydalarına əməl olunması kənar şəxslər tərəfindən eyni səviyyədə təmin edilməyə bilər".

A.Həsənov hesab edir ki, belə hallarda ən optimal variant şəxsi görüşlərin iş yerində deyil, iş yerinə yaxın ərazidə və ya nahar fasiləsi zamanı təşkil edilməsidir: "Bu, həm işçinin rahat ünsiyyət qurmasına imkan yaradır, həm də təhlükəsizlik və məxfilik qaydalarının pozulmasının qarşısını alır. Əgər görüş birbaşa iş fəaliyyəti ilə bağlıdırsa - məsələn, potensial tərəfdaşlıq, startap ideyası və ya xidmət təqdimatı məqsədi daşıyırsa, bu zaman rəsmi qaydada müraciət edilərək görüş təşkil oluna bilər.

Mütəxəssisin fikrincə, işçinin xoşbəxtliyi və motivasiyası vacibdir, lakin təhlükəsizlik qaydaları, işçinin sağlamlığı və şirkətin məxfi məlumatlarının qorunması daha üstün prioritet sayılır. Bu səbəbdən işəgötürənin iş yerində qonaq qəbuluna müəyyən məhdudiyyətlər qoymaq hüququ mövcuddur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX"dan böyük addım- "Anysphere"i 60 milyard dollara alır

17.06.2026

Azərbaycanın Xorvatiyaya neft ixracı 60%-dən çox azalıb

17.06.2026

“Azərişıq” 13,4 milyon manatlıq tender elan edib

17.06.2026

Bakıda 50 milyon dollarlıq saziş imzalandı

17.06.2026

Fərid Osmanov: Startaplar üçün konvertasiya edilən borc mexanizmi tətbiq ediləcək

17.06.2026

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb ®

17.06.2026

Uzaqdan iş modelləri yay aylarında kibertəhlükəsizlik risklərini artırır

17.06.2026

Dünya hava limanlarının reytinqi açıqlandı - SİYAHI

17.06.2026

Azərbaycanda işəgötürənlər işçilərə səhm verə biləcəklər

17.06.2026

Təsisçi və kiçik səhmdarlarla bağlı mühüm dəyişiklik

17.06.2026

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

17.06.2026

Azərbaycanda "Banklar haqqında" qanunun əhatə dairəsi genişləndirilir

17.06.2026

Bankların yığım əmanətləri: Ən çox faizi hansı bank verir?

17.06.2026

Avropanın ən məşhur kurortlarından biri turizm böhranı yaşayır: Səbəb nədir?

17.06.2026

Süni intellekt dəstəkli saxta rəhbərlər şirkətləri təhdid edir

17.06.2026

"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub

17.06.2026

Səhiyyədə yenilik - Rayonlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək

17.06.2026

​"Mərkəzi Asiya və Azərbaycanda islam bankçılığının payı cəmi 4%-dir"

17.06.2026

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

17.06.2026

Nabran yolu nə vaxt açılacaq?

17.06.2026

Məzənnə

Yüklənir...